Icma.az
close
up
RU
ABŞ səfirliyi, əsl biabırçılıq və namərdlik elə budur!

ABŞ səfirliyi, əsl biabırçılıq və namərdlik elə budur!

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dekabrın 19-da ABŞ səfirliyi AZTV-də  Azərbaycanın "yox" cavabı ABŞ-ı silkələdi: Vaşinqtondan Bakıya qarşı "namərd diplomatiya" adlı yayınlanan reportaja “jurnalist və bloqqerin həbs edilməsinin səbəbini soruşmaq "namərdlik" sayılır”? deyə ritorik sualla cavab verib.

Bəli, bildiyiniz hadisənin səbəbini soruşmaq nəinki namərdlik, həm də ən böyük riyakarlıq sayılır.

Çünki hazırda həbs olunan şəxsləri cinayət törətməyə sövq edən də, onları QHT və jurnalist adı altında ölkəmizin milli maraqlarına qarşı həyata keçirdiyiniz layihələrə də cəlb edən məhz sizsiniz, ABŞ-ın fondları və USAİD kimi təşkilatlarıdır.

Müdafiə etdiyiniz şəxslərin törətdiyi cinayət tərkibli əməllərlə bağlı  təkzib edilməz faktlar və sübutlar var. Özlərinin etiraflrı və səsyazıları mövcuddur.

Azərbaycan dövləti qrant verilməsi sahəsində şəffaflığı və hesabatlığı artırandan sonra Avropa İttifaqının və ABŞ-ın siyasi dairələri çox narahat oldular, onlar indi özlərinin yaratdığı QHT şəbəkəsinə qapalı şəkildə qrant verib milli maraqlarımızın əleyhinə istifadə edə bilmirlər.

Gürcüstanda QHT-lərdən ibarət yaratdıqları və tam gücü ilə istifadə etdikləri təzyiq mexanizminin  və  xaos şəbəkəsinin Azərbaycanda varlığına son qoyulması ilə razılaşmırlar.

Hətta 2015 və 2016- cı illərdə  USAİD-in Bakı ofisi QHT Şurasının bank rekvizitlərindən istifadə etməklə müstəqil hesab açıb istədikləri maliyyəni şəffaf şəkildə müəyyən etdikləri QHT-lərə verilməsinə şərait yaradcağımız haqqında təklifimizi qəbul etmədilər.

Niyə? Çünki onların qorxduğu ən birinci məsələ qrant layihələrinin əsl mahiyyətinin və həyata keçirmək istədikləri çirkli planların ifşa olunması qorxusu idi.

İndi də ABŞ səfirliyi heç bir məsuliyyət hiss etmədən qanunsuz yolla qrant qaçaqmalçılığı ilə məşğul olanların müdafiəsinə qalxır və AZTV-nin rəhbəri Rövşən müəllimin haqlı olaraq dediyi kimi, namərdcəsinə bizə qarşı hücuma keçirlər.

Cənab Prezident İlham Əliyevin bu günlərdə Rusiya telekanalına verdiyi müsahibədə dediyi kimi, ölkədə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr artıq arxada qaldı. Hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməli və bu qarantlara ehtiyacın olub-olmamsına yalnız Azərbaycanın müvafiq orqanları qərar verməlidir.

Qrantla bağlı bütün əməliyyatlar şəffaf və milli qanunvericiliyə uyğun aparılmalıdır.

Sonda isə ABŞ-ın Bakıdakı səfirliyinə  ölkəsində insan hüquqları, media azadlıqları və demokratiya sahəsində baş verən pozuntuları sadalamaq istəmirəm, yalnız, ABŞ prezidenti Co Baydenin dekabrın 2-də oğlunun siyasi motivlərlə həbs edildiyinə görə əfv etdiyi haqqında sözlərini xatırlatmaq istəyirəm.

Təsəvvür edirsiniz? Bu sözləri özünü dünyada demokratiyanın və qanunun aliliyinin beşiyi hesb edən bir ölkənin prezidenti deyir. Onun Bakıdakı səfirliyi isə diplomatik əndazəni aşaraq Azərbaycana demokratiya və insan hüquqları barədə dərs keçməyə qalxır, İrəvandakı səfirliyi isə Azərbaycanın Qarabağ bölgəsində erməni irsinin qorunması adı altında qrant layihəsi elan edərək ölkəmizə qarşı yeni qarayaxma kampaniyasına başlayır.

Bax, əsl biabırçılıq və namərdlik də elə budur!

Azay Quliyev
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri