ABŞ də nüvə kompleksində yanğın Fövqəladə vəziyyət elan edildi
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən və nüvə silahları üçün materiallar istehsal edən “Savanna-River” kompleksində yanğın olub. Hadisə ilə əlaqədar obyektdə fövqəladə vəziyyət elan edilib və hərəkət müvəqqəti məhdudlaşdırılıb.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, ABŞ Energetika Nazirliyinin Eyken şəhəri yaxınlığındakı “Savanna-River” Milli Laboratoriyasında baş verən yanğın tez bir zamanda söndürülüb.
Fövqəladə hallar xidmətinin məlumatına görə, təhlükəsizlik məqsədilə ərazidə dəmir yolu, çay və hava nəqliyyatı müvəqqəti dayandırılıb, işçilər təhlükəsiz yerlərə təxliyə olunub.
Aparılan monitorinqlər zamanı laboratoriyanın xaricində hər hansı radiasiya çirklənməsi və ya təhlükəli maddə sızması aşkar edilməyib. Vəziyyət nəzarət altına alındıqdan sonra fövqəladə rejim ləğv olunub və nəqliyyatın hərəkəti bərpa edilib. Növbəti iş növbəsinin fəaliyyətini adi qaydada davam etdirdiyi bildirilir.
1950-ci illərdə əsası qoyulan “Savanna-River” kompleksi ABŞ-nin nüvə silahları üçün tritium və plutonium istehsalı, habelə nüvə tullantılarının saxlanılması üzrə əsas mərkəzlərindən biridir. 13 mindən çox əməkdaşın çalışdığı bu obyekt hazırda ABŞ hökumətinin nüvə döyüş başlıqlarının kütləvi istehsalını bərpa etmək layihəsində mühüm rol oynayır. Yaxın gələcəkdə ərazidə modernləşdirilmiş nüvə silahları üçün plutonium nüvələri istehsal edəcək 23,5 milyard dollar dəyərində yeni kompleksin tikintisi planlaşdırılır.
Baxış sayı:136
Bu xəbər 29 Oktyabr 2026 07:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















