ABŞ Səudiyyə Ərəbistanına altı uçan radar yerləşdirib
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
ABŞ Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan aviabazasına altı ədəd Boeing E-3C Sentry uzaqdan radiolokasiya aşkarlayıcı və idarəetmə təyyarəsi göndərib.
Modern.az xəbər verir ki, məlumatı Flightradar24 resursu yayıb.
Bildirilir ki, son iki təyyarə ABŞ-dən transatlantik uçuşdan sonra ötən gün bazaya çatıb. Çinin “MizarVision” peyk məlumatları provayderi də aviabazadan altı təyyarənin göründüyü fotoları dərc edib.
“Boeing E-3C” təyyarəsi havadan komandanlıq və idarəetmə sisteminin əsasını təşkil edir. O, genişmiqyaslı hava əməliyyatlarını idarə etməyə, qırıcı və yanacaqdaşıyan təyyarələrin hərəkətlərini əlaqələndirməyə, eləcə də yüzlərlə kilometr məsafədə hava hədəfləri barədə erkən xəbərdarlıq etməyə qadirdir. Analitiklər bu təyyarələrin bölgəyə yerləşdirilməsini ABŞ-nin Yaxın Şərqdə, xüsusilə İrana qarşı mümkün hərbi əməliyyatlara hazırlığının mühüm mərhələsi kimi qiymətləndirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 21 Fevral 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















