Şəhriyar Məmmədyarov Keymerlə dueldə geri düşdü
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Şəhriyar Məmmədyarov Budapeştdə keçirilən “Total Chess World Championship Tour Pilot 2026” turnirində Vinsent Keymerlə qarşılaşmanın ilk gününü məğlubiyyətlə başa vurub.
İdman.Biz xəbər verir ki, 15-16-cı yerlər uğrunda mübarizə aparan təmsilçimiz noyabrın 19-da keçirilən yeddi partiyanın yekununda almaniyalı rəqibinə 5.5:14.5 hesabı ilə uduzub.
Məmmədyarov blitsdə ilk partiyanı qazansa da, sonrakı iki görüşdə məğlub olub, dördüncü qarşılaşmanı isə heç-heçə ilə tamamlayıb. İki rapid partiyasında da qalib müəyyənləşməyib.
Günün sonuncu, sürətləndirilmiş vaxt nəzarəti ilə keçirilən klassik şahmat partiyasında ağ fiqurlarla oynayan Keymer qalib gəlib. Bu qələbə ona səkkiz xal qazandırıb və ilk günün yekun hesabını müəyyənləşdirib.
Qarşılaşma bu gün, noyabrın 20-də davam edəcək. Şahmatçılar yenidən dörd blits, iki rapid və bir klassik şahmat partiyası keçirəcəklər.
Reqlamentə əsasən, hər oyun gününün nəticəsi ayrıca hesablanır. Məmmədyarov ikinci gündə qalib gələrsə, 15-ci yerin sahibi armageddonda müəyyənləşəcək. Heç-heçə və ya məğlubiyyət halında isə təmsilçimiz turniri 16-cı pillədə başa vuracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 20 Noyabr 2026 01:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















