ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 14 oktyabr, AZƏRTAC
ABŞ-nin “Lockheed Martin” şirkəti Ukraynaya tədarük üçün Avropada “Patriot” hava hücumundan müdafiə sistemlərinə aid raketlərin istehsalını təşkil etmək imkanlarını nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Ceyson Reynolds “Defense News” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, şirkət PAC-3 tutucu raketlərinin Avropa ölkələrində istehsalı və sonradan Ukraynaya çatdırılması imkanlarını müzakirə etməyə hazırdır. Reynolds daha ucuz PAC-3 ACE raketlərinin istehsalına da marağın olduğunu qeyd edib.
Nəşrin məlumatına görə, Almaniya öz ərazisində belə raketlərin istehsalını təşkil etməyi təklif edib. “Lockheed Martin”in Almaniyanın “Diehl Defence” şirkəti ilə əməkdaşlığı da nəzərdən keçirilir. “Diehl Defence” nümayəndəsi bu məsələ ilə bağlı məsləhətləşmələrin aparıldığını təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 14 Oktyabr 2026 02:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















