Icma.az
close
up
RU
ABŞ şirkətlərinin ölkəmizə genişmiqyaslı marağı

ABŞ şirkətlərinin ölkəmizə genişmiqyaslı marağı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Belə görüşlərin qarşı tərəflərin müraciəti əsasında baş tutması isə heç şübhəsiz, ölkəmizə olan marağın, iqtisadiyyatımızın cəlbediciliyi ilə bağlıdır. Dövlətimizin başçısının sentyabrın 24-də Nyu-Yorkda qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşündə infrastruktur sahəsində beynəlxalq tərəfdaşlıq imkanları və bu sahəyə yönələn birgə investisiyaların regional iqtisadi əlaqələrin genişləndirilməsində rolu müzakirə edilib.

2024-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında qurulan uğurlu tərəfdaşlığı vurğulayan dövlətimizin başçısı, xüsusilə İtaliyanın aparıcı sürətli dəmir yolu operatoru “Italo”ya yatırılan birgə sərmayəni səmərəli əməkdaşlığın nümunəsi kimi qiymətləndirib, şirkətin hava limanlarının idarə olunması, enerji keçidi və süni intellekt infrastrukturu kimi sahələrdə təcrübəsinin gələcək əməkdaşlıq üçün böyük imkanlar açdığını bildirib.

Adebayo Oqunlesi Azərbaycanın strateji coğrafi mövqeyinin və dayanıqlı inkişaf prioritetlərinin infrastruktur sahəsində uzunmüddətli investisiyalar üçün mühüm imkanlar yaratdığını yüksək dəyərləndirərək rəhbərlik etdiyi şirkətin enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində ölkəmizlə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu qeyd edib.

Xatırladaq ki, “Global Infrastructure Partners” şirkəti 2006-cı ildə ABŞ-da təsis edilib. Hazırda, təxminən, 170 milyard ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətin Nyu-York, London, Sinqapur, Sidney və digər qlobal maliyyə mərkəzlərində ofisləri fəaliyyət göstərir. “Global Infrastructure Partners”in nəzarət etdiyi bərpaolunan enerji sahəsindəki şirkəti isə ABŞ-da bu sahədə aparıcı mövqeyə malikdir.

Prezident İlham Əliyevin Nyu-Yorkda dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri olan “Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə görüşünü də ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi baxından əhəmiyyətli hesab etmək olar.

Ölkəmizin son illərdə həyata keçirdiyi iqtisadi layihələrin və inkişaf istiqamətində gördüyü tədbirlərin beynəlxalq kapital üçün mühüm imkanlar yaratdığını vurğulayan Cenni Conson Azərbaycanda investorlar üçün formalaşmış sabit və əlverişli mühiti yüksək qiymətləndirərək bunun uzunmüddətli tərəfdaşlığa möhkəm zəmin yaratdığını qeyd edib. Onun sözlərinə görə, “Franklin Templeton”un kapital bazarları, infrastruktur, daşınmaz əmlak və bərpaolunan enerji sahələrində çoxillik və uğurlu təcrübəsinin Azərbaycanın iqtisadi və maliyyə, həmçinin “yaşıl gündəliy”inin icrasına töhfə verə biləcək.

Prezident İlham Əliyev şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə sıx əməkdaşlığına toxunaraq mövcud tərəfdaşlığın ölkəmizin kapital bazarlarının dərinləşdirilməsi, regionun investisiya potensialının gücləndirilməsi və dayanıqlı inkişafı baxımından da mühüm əhəmiyyət daşıdığını bildirib. Dövlətimizin başçısı bu şirkətin alternativ investisiya sahəsindəki təcrübəsinin və xüsusilə, region ölkələrində həyata keçirdiyi uğurlu layihələrin qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsinə xüsusi fayda verəcəyini vurğulayıb.

Qeyd edək ki, 1947-ci ildə ABŞ-da təsis edilən “Franklin Templeton” hazırda, təxminən, 1,6 trilyon dollar həcmində aktivləri idarə edir. Hazırda 30-dan çox ölkədə 70-ə yaxın ofisinin olduğu şirkət 170-dən artıq ölkədə mindən artıq müştərək fond və genişçeşidli investisiya məhsullarını idarə edir.

Prezident İlham Əliyevin Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi ilə görüşündə isə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə qalxması, hazırda iqtisadi-ticari əlaqələrimizin genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanıb. Söhbət zamanı Azərbaycanın və ABŞ-ın biznes dairələri arasında birbaşa əlaqələrin yaradılmasının və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin vacibliyinə toxunulub.

Yeri gəlmişkən, dünən Bakıda “Xəzər və Mərkəzi Asiya – neft emalı, neft-kimyası, ticarət, logistika” mövzusunda keçirilən toplantıda “Energy Intelligence Group”un neft bazarları üzrə iqtisadçısı Julyen Matonyer ABŞ-ın “Chevron” və “ExxonMobil” kimi neft nəhənglərinin Azərbaycana getdikcə daha çox maraq göstərdiklərini bildirib. Onun sözlərinə görə, Xəzər regionundan ixrac marşrutu kimi strateji mövqeyi ölkəmizin cəlbediciliyini daha da artırır.

Xatırladaq ki, ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Təkcə onu qeyd etmək kifayətdir ki, son illər Birləşmiş Ştatlar regionda ən çox birbaşa xarici sərmayələri məhz ölkəmizə yatırıb. Azərbaycanın Dövlət Neft Fondu ABŞ-ın maliyyə təşkilatları və fondları ilə sıx əməkdaşlıq edərək qiymətli kağızlar və daşınmaz əmlak bazarına təxminən 7,6 milyard dollar sərmayə yönəldib. Ümumilikdə, 1995-ci ildən 2025-ci ilin mart ayınadək olan dövrdə ABŞ-dan Azərbaycana, ümumilikdə, 18,9 milyard dollar investisiya qoyulub. Bunun da 17,4 milyard dollar neft-qaz, 1,5 milyard dollar isə qeyri-neft-qaz sektoruna yönəldilib.

Ötən müddətdə Azərbaycanda 300-dən çox ABŞ şirkəti qeydiyyatdan keçib. Hazırda həmin şirkətlərin 220-si aktiv fəaliyyət göstərir. Bütün bunlar ölkələrimiz arasında ticarət əməliyyatlarının ildən-ilə artmasına səbəb olub. Ümumilikdə isə 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 752 milyon 955,77 min dollara çatıb ki, bunun da 135 milyon 30,86 min dollar idxalın, 1 milyard 617 milyon 924,91 min dolları isə ixracın payına düşüb.

Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert

Dövlət başçısı cənab İlham Əliyevin ABŞ-da keçirdiyi mühüm görüşlər, ilk növbədə, iri fondların ölkəmizə marağının təzahürüdür və eyni zamanda, önəmli siqnal verir. Son zamanlar Azərbaycan xarici bazarlar və beynəlxalq institutlarla daha sıx inteqrasiya şəraiti yaradır. Təkcə onu qeyd etmək kifayətdir ki, son 20 ildə ölkəyə qoyulan xarici investisiyaların həcmi 300 milyard dolları ötüb və bu yalnız enerji sektoruna deyil, həm də digər sahələrin inkişafına təsir edir.

Daha önəmli bir məqam ondan ibarətdir ki, görüşlər məhz qarşı tərəflərin müraciəti əsasında reallaşıb. Əsas səbəb isə Azərbaycanın maliyyə bazarlarının inkişafı üçün önəmli platforma olmasıdır. Bu görüşlər, həmçinin maliyyə bazarlarının inkişafı üçün önəmli platformadır. Ümumilikdə, belə görüşlər ölkənin həm regional, həm də qlobal iqtisadi proseslərdə söz sahibinə çevrilməsinə xidmət edir. Xarici investorlara göstərilən maraq ölkənin sabitlik və təhlükəsizlik amillərinin, eləcə də uğurlu xarici siyasətinin nəticəsidir və bu, dövlət büdcəsinin gəlirlərinin artmasına və sosial islahatların dərinləşməsinə gətirib çıxara bilər.

“Franklin Templeton” kimi qlobal aktiv idarəetmə şirkətlərinin iştirakı göstərir ki, ölkəmizdə kapital bazarlarının fəal idarə olunması və müxtəlif maliyyə alətlərinin inkişafı üçün əlverişli şərait formalaşır. Bu, gələcəkdə dövlətin və özəl sektorun beynəlxalq maliyyə bazarlarında fəal iştirakına imkan verə bilər. Özəl sektor üçün ucuz maliyyə resurslarının cəlb olunması və beynəlxalq investorların etibarının artması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu investisiyalar nəqliyyat və logistika infrastrukturunun, xüsusilə Orta Dəhlizin strateji əhəmiyyətini bir daha gündəmə gətirir və onun inkişafına təkan verəcək.

Azərbaycanın beynəlxalq investorlar üçün təkcə enerji ixracatçısı deyil, həm də regional nəqliyyat-logistika mərkəzi kimi rolunun möhkəmlənməsi ölkəyə investisiya axınını sürətləndirəcək. Nəticədə, logistika, yol infrastrukturu və nəqliyyat xidmətlərinə yatırımlar genişlənəcək və bu, qeyri-neft sektorunun – kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və s. inkişafına müsbət təsir göstərəcək. Bununla da, məşğulluq artacaq, iqtisadi dayanıqlılıq yüksələcək və xarici kapitalın, texnologiyaların cəlbi vasitəsilə maliyyə sabitliyi güclənəcək.

Ümumilikdə, Prezident İlham Əliyevin iştirakı ilə reallaşan belə görüşlər ölkənin həm regional, həm də qlobal iqtisadi proseslərdə söz sahibinə çevrilməsinə xidmət edir.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri