Icma.az
close
up
RU
Alman şirkətlərinin ölkəmizə marağı artır

Alman şirkətlərinin ölkəmizə marağı artır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İki dövlət arasında ticarət 8 milyard dollara çatıb

Dünən Bakıda Alman – Azərbaycan ixracat və maliyyə konfransı keçirilib. Toplantıda Almaniyanın 40-dan çox iş adamı və biznes strukturunun nümayəndəsi iştirak edib.

Özəl sektorun qarşılıqlı əlaqələrinin genişləndirilməsi və potensial imkanların müzakirə olunduğu konfransı giriş sözü ilə açan Almaniya – Azərbaycan Ticarət Palatasının sədri Narqis Viek hər iki ölkənin biznes əlaqələri üçün böyük potensiala malik olduğunu diqqətə çatdırıb. Almaniya biznesinin dəqiqlik və şəffaflığa daha çox üstünlük verdiyini bildirən palata sədri deyib ki, Azərbaycan qanunvericiliyi ölkədə şəffaf biznes qurmağa əhatəli imkanlar yaradıb: “Konfransda hər iki tərəfin iş adamlarının tanış olması, əlaqələr yaratması üçün əlverişli zəmin hazırlanıb. Bu imkandan yararlanmaq lazımdır. Konfransda təcrübə və biliklərin paylaşması da vacib məsələlərdən biridir. Almaniya sənayesinin inkişafı yerli iş adamları və biznes qurumları üçün təcrübə ola bilər. Azərbaycanda həyata keçirilən islahatlar investisiya yatırılması, çevik və sərbəst biznesin qurulmasına imkan verir”.

Rəhbərlik etdiyi qurumun Almaniya ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək üçün konkret layihələr müəyyən etdiyini vurğulayan Narqis Viekin sözlərinə görə, konfrans layihə sahiblərinin ixrac imkanlarını təqdim etməsinə və hər iki ölkənin maliyyə institutlarının birbaşa əlaqə qurmasına şərait yaradır. O əlavə edib ki, alman şirkətlərinin innovativ texnologiyalar, etibarlı ticarət dəstəyi alətləri, xidmət və insan kapitalına – bilik və təcrübə transferinə sərmayə qoyması onları Azərbaycanın diversifikasiya və dayanıqlı sənaye inkişafı üçün arzuolunan tərəfdaşa çevirir.

Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann çıxış edərək bildirib ki, alman şirkətləri Azərbaycanda qaz, nəqliyyat və bərpaolunan enerji layihələri ilə maraqlanır. Səfir SEFE ilə SOCAR arasında qaz sahəsində əldə olunmuş razılaşmanı, eləcə də MAN şirkətinin elektrik avtobuslarının istehsalı və ya yığımı ilə maraqlandığını buna misal çəkib.

Qeyd olunub ki, Almaniya Azərbaycandakı tərəfdaşları ilə birlikdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan istifadə etməkdə qərarlıdır. Son zamanlar ölkələr arasında əməkdaşlıqda əhəmiyyətli irəliləyişin, eləcə də çox düzgün və müsbət istiqamətdə hərəkətin müşahidə olunduğunu bildirən səfir il yarım əvvəl Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərliyi ilə 50-yə yaxın şirkətdən ibarət olan böyük biznes nümayəndə heyətinin Azərbaycanda olduğunu xatırladıb.

Diplomat, həmçinin bu ilin aprelində Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfərindən sonra ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. Bununla yanaşı, alman şirkətlərinin enerji sektorunda, xüsusilə də bərpaolunan enerji mənbələri sahəsində daha çox iştirak etməyi səbirsizliklə gözlədiklərini vurğulayıb: “Biz hamımız uzun illərdir potensial haqqında danışırıq və düşünürəm ki, bu potensialı reallığa çevirməyin vaxtı çatıb. Almaniya biznesi hökumətimizin dəstəyi ilə buna hazırdır”.

Konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1 milyard ABŞ dollarını ötüb və ixracın 94 faizi qeyri-neft sektorunun payına düşüb. Nazir müavini Almaniyaya ixracın 900 milyon dollara, həmçinin Azərbaycanın bu ölkəyə yatırımlarının isə 600 milyon dollara çatdığını diqqətə çatdıraraq deyib ki, bütün bu göstəricilər Almaniyanı Azərbaycanın ilk 5 ticarət tərəfdaşı sırasında saxlayır. S. Bəşirli əlavə edib ki, hazırda Azərbaycanda 199 alman şirkəti fəaliyyət göstərir və əməkdaşlıq yol xəritəsi əsasında müntəzəm biznes dialoqu, beynəlxalq tədbirlərdə birgə iştirak və bilik mübadiləsi həyata keçirilir.

Nazir müavini enerji əməkdaşlığının tərəfdaşlığın əsas istiqamətlərindən biri olduğunu qeyd edərək bildirib ki, Almaniyanın külək və günəş texnologiyaları üzrə təcrübəsi Azərbaycanın onşor və ofşor layihələrində mühüm rol oynaya bilər: “Xəzər dənizi böyük miqyaslı külək enerjisi layihələrinin reallaşdırılması üçün ciddi potensiala malikdir. 2027-ci ilə qədər ölkədə 3 QVt gücündə yeni külək və günəş stansiyaları işə salınacaq”.

Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov çıxışında Azərbaycanın borc mövqeyinin dayanıqlı və möhkəmliyinə diqqət çəkib: “2025-ci ilin üçüncü rübü üzrə ölkənin ümumi dövlət borcu ÜDM-in 19,6 faizinə bərabərdir. Bunun 37 faizi xarici, 67 faizi isə daxili borcun payına düşür. Bu nəticə 2018-ci ildə qəbul olunmuş ilk borc idarəetmə strategiyasının ardıcıl icrasının göstəricisidir”.

Azərbaycanın hazırda yeni xarici borclanma imkanlarını və dövlət zəmanətlərini nəzərdən keçirdiyini vurğulayan agentlik rəhbərinin sözlərinə görə, dövlət borc strategiyasının yenilənməsi üzərində işlər davam etdirilir və yeni mərhələdə xarici borclanma imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biri olacaq. Mursəqulov əlavə edib ki, son 7 ildə dövlət zəmanətləri portfeli əhəmiyyətli dərəcədə azaldılsa da, bu alət hökumət üçün prioritet layihələrin maliyyələşdirilməsində mühüm vasitə olaraq qalır.

Alman bankları ilə əməkdaşlığın tarixçəsinə toxunan A.Mursaqulov bildirib ki, Azərbaycan indiyədək KfW, Bayerische Landesbank və Commerzbank kimi maliyyə qurumları ilə hökumət və dövlət zəmanətli olmaqla, ümumilikdə, 16 kredit sazişi imzalayıb. Sonda o, ixracat və maliyyə konfransının alman maliyyə qurumları ilə əməkdaşlığı yenidən gücləndirmək üçün mühüm fürsət olacağına əminliyini bildirib.

Mirbağır YAQUBZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri