ABŞ tarixində ilk senator müsəlman ola bilər: Abdul El Sayed rəqibini qabaqlayır
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-də ən mühüm ara seçki bölgələrindən biri hesab olunan Miçiqan ştatında Senat uğrunda mübarizədə Demokrat Partiyasının müsəlman namizədi Abdul El-Sayed irəlidədir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qeyri-rəsmi nəticələrə əsasən, El-Sayed Respublikaçı rəqibi Mayk Rocersi qabaqlayır.
Belə ki, El-Sayed 1 milyon 583 min 684 səs toplayaraq 50,6 faiz nəticə göstərib. Rocers isə 1 milyon 486 min 235 səslə 47,5 faizdə qalıb.
İki namizəd arasındakı fərq 97 min səsi ötüb. Lakin səslərin sayılması davam etdiyindən seçkinin yekun nəticəsi hələ məlum deyil.
Misir əsilli 42 yaşlı El-Sayed avqustun 4-də keçirilən ilkin seçkilərdə qalib gələrək Demokrat Partiyasının namizədi olub. O, 63 yaşlı Respublikaçı rəqibi Mayk Rocerslə Miçiqanı ABŞ Senatında təmsil etmək uğrunda mübarizə aparır.
Seçiləcəyi təqdirdə Abdul El-Sayed ABŞ tarixində Senata daxil olan ilk müsəlman olacaq.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 04 Noyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















