ABŞ Trampın oğluna verilən bahalı hədiyyəni araşdırmayacaq
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Ədliyyə Nazirliyi rusiyalı iş adamı Umar Kremlyovun Prezident Donald Trampın oğlunun toy şənliklərinə çəkilən xərclərin bir hissəsini ödəməsi ilə bağlı araşdırma aparmağı planlaşdırmır.
Modern.az xəbər verir ki, bunu ABŞ-nin baş prokuroru Todd Blanş açıqlayıb.
Blanş məsələdə qanun pozuntusuna dair məlumat və araşdırma üçün əsas görmədiyini bildirib:
“Prezident bu şəxsin kim olduğunu bilmir. Ailənin digər üzvləri də onu tanımır. Məndən nəyi araşdırdığımı soruşursunuz. Mən nəyi araşdırmalıyam?”
Bundan əvvəl rusiyalı iş adamının Donald Trampın oğlu ilə Bettina Andersonun toyundan sonra Baham adalarında keçirilən iki günlük şənliyin xərclərinin bir hissəsini ödədiyi bildirilmişdi. Xərclərə özəl adanın icarəsi və atəşfəşanlıq daxil olub.
Cütlük Kremlyovun şənliyi maliyyələşdirdiyini inkar etməyib və bunu “dostdan son dərəcə səxavətli toy hədiyyəsi” adlandırıb. ABC News isə məlumatın detallarını müstəqil şəkildə təsdiqləmədiyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 16 Sentyabr 2026 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















