Trampın oğluna sərt qadağaları “Heç vaxt görmək istəmirəm”
Lent az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın kiçik oğlu Barron Trampı uşaqlıqdan sərt qaydalarla böyütdüyü məlum olub. Siyasətçi oğluna spirtli içki, siqaret, narkotik və tatu ilə bağlı qəti qadağalar qoyub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Donald Tramp hələ ABŞ siyasətinin zirvəsinə yüksəlməzdən əvvəl kiçik oğlunun tərbiyəsinə xüsusi diqqət yetirib və ona qarşı tələbkar ata olub.
İnternetdə yayılan arxiv görüntülərindən birində beş yaşlı Barronun uşaq bağçasında ilk gününə hazırlaşdığı görünür. Tramp həmin vaxt oğluna “mən yalnız əla qiymətlər istəyirəm” deyib. Barron isə atasına sakit şəkildə “yaxşı” cavabını verib.
Tramp oğluna böyüdükdən sonra zərərli vərdişlərdən tamamilə uzaq durmağı tapşırıb. O, spirtli içki qəbul etməyi, siqaret çəkməyi və narkotik vasitələrdən istifadəni qəti şəkildə qəbul etmədiyini bildirib.
Siyasətçinin qoyduğu başqa bir sərt qadağa isə tatu ilə bağlı olub. Tramp oğlunun bədənində heç vaxt tatu görmək istəmədiyini açıq şəkildə söyləyib.
Hazırda 20 yaşında olan Barron Tramp Nyu-York Universitetində biznes istiqaməti üzrə təhsil alır. Ailəyə yaxın mənbələrin sözlərinə görə, o, atasından biznesə maraq, ambisiya və müstəqil şəkildə uğur qazanmaq istəyini götürüb.
Mənbələr Barronun təhsilinə ciddi yanaşdığını və valideynlərinin gözləntilərini doğrultmağa çalışdığını bildirirlər. Bununla yanaşı, Donald Trampın sıx iş qrafiki səbəbindən övladları ilə ünsiyyətə hər zaman kifayət qədər vaxt ayıra bilmədiyi qeyd olunur.
Melaniya Tramp üçün isə Barron hər zaman əsas prioritetlərdən biri olub. Bildirilir ki, o, oğlunun böyüməsi və təhsili ilə yaxından maraqlanıb, tərbiyəsinə xüsusi diqqət göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 21 Avqust 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















