Icma.az
close
up
RU
“ABŞ Ukrayna danışıqları: Tramp sürətlə sülhə can atır, amma Moskva geri çəkilmir“ “Politico“

“ABŞ Ukrayna danışıqları: Tramp sürətlə sülhə can atır, amma Moskva geri çəkilmir“ “Politico“

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Zəif razılaşma nəinki Ukraynanı, həm də Qərbi təhlükə altına qoyacaq..."

Donald Tramp administrasiyası Ukrayna müharibəsinə dair sülh razılaşmasını mümkün qədər tez yekunlaşdırmaq istəyir. 

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

ABŞ-ın təzyiqi və Avropanın narahatlığı

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton təhlükəsizlik zəmanətlərini yalnız sülh müqaviləsi bağlandıqdan sonra müzakirə etməyə hazırdır.

Avropa diplomatı deyib ki, bu mövqe şübhə yaradıb: bəzi ölkələr Tramp administrasiyasının razılaşmada Rusiyanın maraqlarına meyllənəcəyindən ehtiyat edir. Bununla belə, Ağ Ev israr edir ki, "istənilən yekun plan Ukrayna üçün real təhlükəsizlik mexanizmlərini özündə əks etdirməlidir".

"Pis sülh" daha böyük risk yarada bilər

"Bloomberg"-in təsisçisi Maykl Blumberq xəbərdarlıq edir: zəif razılaşma nəinki Ukraynanı, həm də Qərbi təhlükə altına qoyacaq. Onun fikrincə, ilkin təqdim olunan plan Moskvanın prioritetlərini xatırladıb -  Donbasın verilməsi, Ukrayna ordusunun məhdudlaşdırılması və NATO-ya qəbuldan imtina.

Blumberq hesab edir ki, belə bir anlaşma Rusiyaya strateji üstünlük verər, NATO resurslarını tükəndirər, Avropada qeyri-sabitlik yaradardı. Onun sözlərinə görə, ABŞ üçün ən optimal nəticə  uzunmüddətli təhlükəsizlik mexanizminə malik, bütünlüklə Avropaya inteqrasiya olunmuş güclü Ukraynadır.

Tramp tələsir, Kreml isə vaxt qazanır

"The Telegraph" yazır ki, Tramp Qəzza danışıqlarındakı uğurdan sonra Ukrayna mövzusunda da eyni modelə əl atıb - qısa, kəskin şərtlərlə "bir səhifəlik plan" hazırlayıb. Lakin bu dəfə əsas maneə tərəflərdən biridir: Kremlin mövqeyi dəyişməyib.

Jurnalistlər qeyd edir ki, Moskva kompromisə hazır deyil, Zelenski isə geniş ərazi güzəştinə gedən sənədi qəbul etməyəcək, Avropa paytaxtları isə bu planı "Rusiyanın mükafatlandırılması" kimi görür. Ekspertlər hesab edir ki, Kreml vaxtı uzatmaqla həm Qərbin birliyini sınağa çəkir, həm də sanksiyalar mexanizmini zəiflətməyə çalışır.

Sülh axtarışı davam etsə də, həqiqi sülh hələ yaxın görünmür

Bu gün proseslərin ritmi sürətlənib, lakin mahiyyət dəyişmir: tərəflər masaya oturur, sənədlər yazılır, lakin real nəticə əldə olunmur. Ekspertlərin ortaq fikri belədir: "Ukrayna üçün sülh yalnız müharibənin dayanması deyil, təhlükəsizliyin təmin olunmasıdır. Əks halda, bu sadəcə növbəti fəslin başlanğıcı olacaq". Hazırkı dinamika göstərir ki, danışıqlar masasında sülh axtarışı davam etsə də, həqiqi sülh hələ yaxın görünmür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri