“Trampdan Qrenlandiya mesajı: ABŞ geri çəkilmir, Avropada NATO narahatlığı artır“ “Politico“
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
"Vaşinqton Rusiyaya qarşı addım atmağa hazırlaşır, Avropa isə təzyiqlərə cavab axtarır..."
ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı mövqeyini yenidən sərtləşdirib.
Moderator.az xəbər verir ki, bu barədə "politico.com" nəşri yazıb.
Tramp bildirib ki, Rusiyanın Qrenlandiyadakı təsirinin aradan qaldırılması üçün "artıq vaxt çatıb" və Danimarka son 20 ildə bu təhlükəni neytrallaşdıra bilməyib.
Tramp bu açıqlamanı özünün "Truth Social" platformasında paylaşıb və vəziyyətin tezliklə dəyişəcəyini vurğulayıb. Onun sözlərinə görə, NATO uzun illərdir Danimarkanı xəbərdar etsə də, real nəticə əldə olunmayıb. ABŞ prezidenti Qrenlandiyanın təhlükəsizliyinin artıq Vaşinqton tərəfindən təmin ediləcəyini açıq şəkildə bəyan edib.
"Avropa zəifdir, təhlükəsizlik ABŞ-dan asılıdır"
ABŞ-ın maliyyə naziri Skott Bessent də Trampın mövqeyini dəstəkləyib. "Bloomberg"-in yazdığına görə, o, "NBC News"-a müsahibəsində Avropanın öz təhlükəsizliyini təmin etməkdə aciz olduğunu və ABŞ-ın Arktikada nəzarəti gücləndirməsinin zəruri sayıldığını bildirib.
Bessent Qrenlandiyanı Arktikada qlobal rəqabət, raketdən müdafiə planları və ABŞ-ın milli təhlükəsizliyi baxımından strateji ərazi kimi təqdim edib. Nazir qeyd edib ki, Tramp bu məsələdə mövqeyini dəyişməyəcək və Vaşinqton təhlükəsizliyi "başqalarına həvalə etməyəcək". Onun sözlərinə görə, "güclü ABŞ - zəif Avropa" reallığı dəyişməz olaraq qalır.
Avropanın reaksiyası və NATO daxilində gərginlik
Trampın Qrenlandiya ilə bağlı təhdidləri və Avropa ölkələrinə qarşı rüsum qərarları NATO daxilində ciddi narazılıq yaradıb. Danimarka, Fransa, Almaniya, Böyük Britaniya və daha bir neçə NATO üzvü birgə bəyanatla ABŞ-ın addımlarının transatlantik münasibətləri sarsıtdığını bildirib və Danimarka ilə Qrenlandiya xalqına dəstək ifadə edib.
Eyni zamanda, "Politico" yazır ki, Avropa İttifaqı ABŞ-a qarşı ticarət rıçaqlarını, o cümlədən xüsusi "anti-təzyiq" mexanizmini işə salmağı müzakirə edir. Brüsseldə bəzi dairələr isə NATO-dan kənar alternativ təhlükəsizlik formatlarının mümkünlüyünü də nəzərdən keçirir. Müşahidəçilərə görə, Qrenlandiya ətrafında yaranan böhran ABŞ-Avropa münasibətlərində son illərin ən təhlükəli mərhələlərindən birinə çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 19 Yanvar 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















