ABŞ, Ukrayna və Avropa ölkələrindən birgə bəyanat
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ, Ukrayna və Avropa tərəfdaşlarının nümayəndələri Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması və davamlı sülhün təmin edilməsi şərtlərini müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Əbu-Dabidə keçirilən məsləhətləşmə görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib. Bəyanatın mətnini ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff yayımlayıb.
Sənəddə qeyd olunub ki, gələcəkdə əldə ediləcək istənilən razılaşma Ukraynanın suverenliyi və ərazi bütövlüyünü, ölkənin müstəqil qərar qəbul etmək hüququnu nəzərə almalı, həmçinin etibarlı təhlükəsizlik təminatlarını əhatə etməlidir:
“Ümumi məqsəd Ukraynanın uzunmüddətli təhlükəsizliyini gücləndirəcək və danışıqlar yolu ilə nizamlanma üçün zəruri etimad mühitini yaradacaq praktik və bir-birini tamamlayan təhlükəsizlik sisteminin hazırlanmasıdır”.
Tərəflər, həmçinin müharibədən sonrakı dövr üçün təhlükəsizlik sazişlərinin hazırlanmasını, risklərin idarə olunması və təhlükəli eskalasiyanın qarşısının alınması mexanizmlərini müzakirə ediblər:
“Güclü NATO Avroatlantik məkanın kollektiv müdafiəsinin əsas elementi olaraq qalacaq. ABŞ, Ukrayna və Avropa tərəfdaşları danışıqlar prosesi boyunca sıx əməkdaşlığı davam etdirəcəklər. Onların ümumi məqsədi Avropa tərəfdaşlarının iştirakı ilə daha geniş çoxtərəfli müzakirələrə keçmək və hərtərəfli, davamlı sülhə nail olmaqdır”.
Bizim.Media
Baxış sayı:70
Bu xəbər 10 Noyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















