Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Liqa 1: PSJ dən geridönüş

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

ABŞ Ukraynanı satırmı : Kremlin propaqandası, yoxsa...

ABŞ Ukraynanı satırmı : Kremlin propaqandası, yoxsa...

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda Trampın nümayəndələri Ukraynanı satdı?

Təbii ki, yox. Əvvəla, Ukrayna, yaxud hər hansı digər dövlət və xalq əşya deyil ki, kimlərsə onları alıb-satsın. Bu müstəmləkə təfəkküründən xilas olmaq lazımdır. İkincisi, ABŞ-dakı hazırkı hökumətin beynəlxalq məsələlərə qeyri-standart və qeyri-ənənəvi baxışı olsa da, onların da Ukraynanı satmaq kimi bir niyyəti olduğuna inanmıram".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.

Ər-Riyad görüşündə hansı nəticələr əldə olundu?

Bu suala cavab verən Şahin Cəfərli bildirib ki, hələlik sadəcə niyyət var, lakin anlaşma yoxdur: "Razılaşma kimi qeyd edilən məsələlərə baxanda görmək olur ki, ortada ciddi razılaşmalar yoxdur, niyyətlər var. Necə deyərlər, tərəflər anlaşıb ki, hələ anlaşa bilmirik və bu istiqamətdə işləmək lazımdır. Təsadüfi deyil ki, görüşdən sonra Moskva birjasında indekslər düşməyə başladı. Bazar ən yaxşı indikatordur. Tramp-Putin telefon danışığından sonra Rusiya maliyyə bazarında böyük nikbinlik yaranmışdı və səhmlər uçurdu. Yeganə real nəticə kimi onu qeyd etmək olar ki, Moskva və Vaşinqtondakı səfirliklərin personalı kəmiyyət baxımından əvvəlki səviyyəyə çatdırılacaq.

Ukrayna niyə bu görüşdə yox idi?

Çünki bu, konkret Ukrayna probleminin həlli ilə bağlı yox, ikitərəfli münasibətlərdə mövcud olan problemlərin müzakirəsinə həsr olunmuş görüş idi.

Bəs niyə Ukrayna mövzusu gündəmə gəldi?

Çox bəsit səbəbdən: Ukrayna məsələsi ABŞ-Rusiya ikitərəfli münasibətlərində ən ciddi problemlərdən biridir, ABŞ bununla əlaqədar Rusiyaya çoxlu sayda sanksiya tətbiq edib, onunla əlaqələrini xeyli məhdudlaşdırıb. Tərəflər razılığa gəliblər ki, Ukrayna məsələsinin müzakirəsi ilə əlaqədar ayrıca danışıqlar qrupu (alt səviyyədə) yaradılsın. Bu isə ona işarədir ki, proses uzanacaq. Bunu Marko Rubio da etiraf edib.

Bir məqamı xüsusi vurğulamağa ehtiyac var ki, Putin rejimi informasiya-propaqanda işində olduqca püxtələşdiyi üçün hazırda nəinki rusdilli, hətta Qərb informasiya məkanında qalib tərəf olduğu haqda ictimai rəy formalaşdırmağa nail olub. Rusiya nümayəndələri ultimatumla danışır və özlərini şərt diktə edən tərəf kimi göstərməyə çalışırlar. Türk qardaşlarımız demişkən, alqılar və olqular arasındakı fərq itib. Bu, ABŞ tərəfinə də psixoloji təsir göstərməyə yönəlmiş danışıqlar taktikasıdır. Halbuki bu gün Zelenskinin də Ankarada dediyi kimi, müharibənin ilk günlərində, rus ordusu Kiyevin qapısının ağzında olarkən ultimatumları qəbul etməyən Ukrayna indi niyə qəbul etsin?

Ukrayna Silahlı Qüvvələri 3 il əvvəlkindən daha güclüdür, daha çoxsaylıdır və daha yaxşı silahlanıb. O, nəhəng resurslara sahib düşmənlə ötən müddətdə çox ağır döyüşlər aparmasına və böyük itkilər verməsinə baxmayaraq, döyüş qabiliyyətini qoruyur, üstəlik, 6 aydır Rusiya ərazisinin bir qismini nəzarətdə saxlayır. Ukrayna hərbi sənayesi də dirçəlib, hətta Moskvanı vura biləcək ballistik raketlərin istehsalına başlayıb. İşğalçının ultimatumlarını qəbul etmək üçün ciddi səbəb yoxdur.

Təbii ki, sülh müzakirələrində Ukrayna güzəştlərə gedəcək, amma bir şərtlə ki, güzəştlər qarşılıqlı olsun".

Fatimə,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://sitat.info
archiveBu xəbər 18 Fevral 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see499

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see480

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see461

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see333

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see321

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see288

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see270

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see265

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see255

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see249

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see240

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see220

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see220

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see219

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see216

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see209

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see198

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see192

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri