Icma.az
close
up
RU
Trampın istəyi, yoxsa Kremlin tələbi?

Trampın istəyi, yoxsa Kremlin tələbi?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın siyasi vəziyyəti günü-gündən ağırlaşmağa doğru gedir. 

Tramp administrasiyası danışıqlar masasına Ukrayna üçün heç də məqbul olmayan 20 maddəlik sülh planı təqdim etdikdən sonra Kiyev demək olar ki, çətin seçim qarşısında qalıb. Ağ Ev Kiyevi sülh planına razı olmağa, belə demək mümkünsə, Rusiyaya ərazi güzəştlərinə getməyə və NATO-ya üzvlük müraciətdən imtinaya vadar edir. Prezident Donald Tramp Ukraynada üç ildən çox davam edən müharibəyə son qoymaqda qərarlıdır və Ukrayna ilə bağlı siyasətində mövqeyini dəyişmək niyyətində deyil. 

Eyni zamanda, Tramp Kiyevə digər tələb də irəli sürüb, o, Zelenskini hakimiyyətdə qalmaq üçün müharibəni davam etdirməkdə günahlandırıb. Ağ Evin rəhbəri “Politico” nəşrinə son müsahibəsində Ukraynada prezident seçkilərinin vaxtının çatdığını bildirib. ABŞ lideri qeyd edib ki, Zelenski özünü toparlamalı və ABŞ-nin təkliflərini qəbul etməlidir: 

“Çox vaxt keçib. Hər şey o qədər də yaxşı deyil. Düşünürəm ki, indi seçkiləri keçirmək üçün ən doğru vaxtdır. Onlar seçkiləri keçirməmək üçün müharibədən istifadə edirlər, amma mən hesab edirəm ki, Ukrayna xalqının belə bir seçimi olmalıdır”. Zelenskinin də Trampın bu çağırışına cavabı gecikməyib. Ukrayna Prezidenti bildirib ki, o, ölkəsində təhlükəsizliyin təmin olunacağı təqdirdə seçkiləri keçirməyə hazırdır. 

"İndi ABŞ-dən xahiş edirəm ki, bəlkə də avropalı həmkarlarımla birlikdə seçkilərin təhlükəsizliyini təmin etməkdə mənə kömək etsin və sonra növbəti 60-90 gün ərzində Ukrayna seçkilər keçirməyə hazır olacaq”, - deyə Zelenski vurğulayıb. Qeyd edək ki, Trampın bu çağırışı yeni deyil, o, bundan əvvəl də Ukraynada prezident seçkilərinin keçirilməsinin zəruriliyini vurğulamışdı. 

Zelenski hakimiyyəti, həqiqətənmi seçkilərə gedəcək? Bu seçkilərə nə zaman baş tuta bilər? 

Trampın bu çağırışından sonra Prezident Volodimir Zelenskinin ölkədə prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar verib-verməyəcəyi, ən əsası da bu seçkilərin nə zaman baş tutacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bir çox ekspertlər qeyd edirlər ki, hazırki şəraitdə Ukraynada seçkilərin keçirilməsi inandırıcı görünmür, həmçinin Ukrayna konstitusiyasına görə, ölkədə hərbi vəziyyətin mövcud olduğu halda seçkilərin keçirilməsi qeyri-mümkündür. 

Böyük ehtimalla, Ukraynada növbəti prezident seçkiləri atəşkəsdən sonrakı dövrdə baş tutacaq, lakin hər iki münaqişə tərəfi arasında atəşkəsə nail olunub-olunmayacağı sual altındadır. Türkiyənin Kocaeli universitetinin beynəlxalq münasibətlər üzrə eksperti İrfan Kaya Ülger “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Zelenskinin legitimliyi ilə bağlı səsləndirilən ittihamların heç bir əsası yoxdur:

“Bu ittihamlar əsasən Rusiyanın təbliğatından irəli gəlir. Trampın bu məsələdə Rusiyanın təbliğatına xidmət edən açıqlamalar verməsi çox təsirlidir. Ukrayna konstitusiyasına görə, ölkədə hərbi və fövqəladə halların olduğu təqdirdə seçkilər təxirə salına bilər. Ölkə dörd ildir ki, Rusiyanın hücumuna məruz qalır. Səkkiz milyon Ukrayna vətəndaşı qaçqın kimi Avropaya axın edib. Belə bir şəraitdə seçkilərin keçirilməsi nə dərəcədə mümkün ola bilər? 

Birincisi, döyüşlər dayandırılmalı və Rusiya təcavüzkar siyasətindən əl çəkməlidir. Seçkilər yalnız atəşkəs təmin edildikdən və ya sülh müqaviləsinin imzalanmasından sonra baş tuta bilər. Bu məsələni indidən gündəmə gətirmək heç bir şəkildə düzgün deyil. Bu, yalnız Rusiyanın ideoloji təbliğatına xidmət edir”.

 İ. K. Ülger əlavə edib ki, Ukraynada seçkilərin keçirilməsi üçün əlverişli mühit yoxdur: 

“1000 km uzunluğunda cəbhə xətti boyunca döyüşlər davam edir. Əhalinin təxminən yeddidə biri didərgin düşüb. Krımla yanaşı, Zaporojye, Xerson, Donetsk və Luqansk vilayətlərinin böyük bir hissəsi işğal altındadır. Seçkilərin keçirilməsi üçün ən azı atəşkəs lazımdır. Ukrayna dəfələrlə qeyd-şərtsiz atəşkəs təklif edib. 

Lakin Moskva hərbi əməliyyatların dayandırılması və atəşkəsin təmin edilməsi üçün ağır şərtlər irəli sürür, Kreml işğal etdiyi ərazilərin Rusiyanın ərazisi kimi tanınmasında israrlıdır. Sözsüz ki, bu şərtlər altında kompromis mümkün deyil. Buna görə də seçkilərin nə zaman keçiriləcəyini proqnozlaşdırmaq qeyri-mümkündür. İlk növbədə, Rusiyanın hücumları dayandırılmalıdır”. 

Trampın təcili seçki çağırışının arxasında Kreml dayanır? 

İ. K. Ülgər hesab edir ki, Tramp Ukrayna məsələsində mahiyyət etibarilə Rusiyayönlü siyasət yürüdür. “Tramp Ukrayna məsələsində çox yaxından iştirak edir. Keçən il seçki kampaniyası zamanı o, prezident postuna gələn kimi münaqişəyə son qoyacağına söz vermişdi. 

O, vəzifəsinin icrasına 20 yanvar 2025-ci ildə başlayıb və tezliklə bunun birinci ildönümü olacaq. Lakin münaqişə davam edir. Avqust ayında Alyaskada baş tutan Putin-Tramp sammiti heç bir nəticə vermədi. Bu yaxınlarda xüsusi elçi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşnerin rəhbərliyi ilə aparılan danışıqlar da uğursuz oldu. 

Hesab edirəm ki, Ağ Evin rəhbəri Rusiyanın rəsmi mövqelərini əks etdirən atəşkəs layihəsi kimi irəli sürüb, o, Ukraynanın ərazi güzəştlərinə getməli olduğunu bəyan edir. Tramp işğal olunmuş ərazilərin Rusiyaya verilməsini istəyir. Onun prezident seçkiləri ilə bağlı çağırışı bu ümumi yanaşmanın başqa bir nümunəsidir. 

Trampın nəyə görə bu cür siyasət yürütməsinə və bu siyasətin ABŞ-nin maraqları ilə nə dərəcədə uyğun gəlməsinə gəlincə, ABŞ rəhbəri son dərəcə qeyri-prinsipial və praqmatik, hətta öz maraqlarının xeyrinə olan siyasət yürüdür. 

Trampın yanaşması Avropa ölkələrində ciddi narahatlıq yaradıb. Hətta ABŞ-nin özündə belə Trampın Rusiya siyasəti sərt tənqid olunur. Buna görə də Ukraynada təcili seçkilərin keçirilməsi tələbi Trampdan daha çox Rusiyanın tələbidir. Bu faktı etiraf etmək lazımdır”. 

Yunis Abdullayev
"Cebheinfo.az"

Açar sözlər: Tramp İrfan Kaya Ülger

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri