Icma.az
close
up
RU
Tramp Zelenski görüşü Kremlin planlarını pozdu ABŞ və Avropa Ukraynanı dəstəkləmək üçün birləşir

Tramp Zelenski görüşü Kremlin planlarını pozdu ABŞ və Avropa Ukraynanı dəstəkləmək üçün birləşir

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə Vaşinqtonda keçirdiyi görüşlər, Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsi ilə bağlı planlarının iflasa uğradığını göstərdi. 

"AzPolitika" xəbər verir ki, bu barədə "The Washington Post"-da dərc olunan məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, Putinin Trampla Alyaskada keçirdiyi əvvəlki ikitərəfli görüşdən sonra Rusiya yeni sanksiyalardan yayınmağa nail olmuşdu. Kreml rəhbəri bu görüşdən istifadə edərək, həm ABŞ-la iqtisadi münasibətləri müzakirə etməyə, həm də Ukraynada müharibəni uzatmağa çalışırdı.

Lakin Vaşinqtonda keçirilən sammit Trampın və Avropa liderlərinin Ukraynaya verdiyi dəstəyi nümayiş etdirməklə, Putin üçün mənfi siqnal oldu. "The Washington Post" yazır ki, Putin bu görüşdən sonra nə Ukraynanı nəzarətə götürmək, nə də ABŞ-ni Avropadan ayırmaq məqsədlərinə çata bilmədi.

Bundan əlavə, sammitdə müzakirə olunan mövzular Kreml rəhbərinin üzərinə daha çox məsuliyyət qoydu. Artıq ABŞ və Avropa, sülh prosesində növbəti addımı atmağın məhz Putinin borcu olduğunu açıq şəkildə bəyan edirlər.

Qəzetin məlumatına əsasən, Tramp Zelenski və Putin arasında birbaşa görüş keçirmək təşəbbüsündə israrlıdır və bu görüşün təşkili üzərində iş aparılır. Lakin ehtimallar Putinin belə bir dialoqa hazır olmadığını, əksinə, Ukraynanın təslim olmasını gözlədiyini göstərir.

"Carnegie Fondu"-nun baş elmi işçisi Neit Reynolds bildirib ki, Putin üçün Ukrayna “ağ balina”ya çevrilib – çatmaq istədiyi, lakin reallıqda mümkün olmayan bir hədəfdir. Reynoldsun fikrincə, ABŞ və Rusiya arasında bu müharibə ilə bağlı fundamental anlaşılmazlıq var. Rusiya tərəfi, ABŞ-ın Kreml tələblərini tam anlamadığını hesab edir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Avqust 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri