Icma.az
close
up
RU
ABŞ və Avropa Rusiya ilə ticarəti davam etdirir

ABŞ və Avropa Rusiya ilə ticarəti davam etdirir

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


ABŞ və Avropa İttifaqı (Aİ) hələ də Rusiyadan enerji və xammal idxal edir.
Reyting.az
"Reuters"ə istinadla bildirir ki, enerji və xammal idxalının məbləği milyardlarla avro qiymətləndirilir.
Ukraynada müharibə başlayandan bəri bəzi malların idxalına qoyulan sanksiyalar və məhdudiyyətlər səbəbindən Aİ ilə Rusiya arasında ticarət kəskin şəkildə azalıb. "Eurostat"ın son məlumatlarına görə, Rusiyadan idxal 2022-ci ilin birinci rübündən bu ilin birinci rübünə qədər 86 faiz azalıb.
2025-ci ilin birinci rübündə Rusiyadan mal idxalı 4 il əvvəl 30,58 milyard avro ilə müqayisədə 8,74 milyard avro və ya 10,11 milyard dollar təşkil edib. 2022-ci ilin yanvarından Aİ 297 milyard avro dəyərində Rusiya malları idxal edib.
Eyni zamanda, blok Moskvadan neft, nikel, qaz, gübrə, dəmir və polad almağa davam edir.
Dörd il əvvəl Rusiya Aİ-yə ən böyük neft məhsulları tədarükçüsü olsa da, blokun Rusiya xam neftinin dəniz yolu ilə idxalına qadağası onun payını 2021-ci ildəki 28,74 faizdən 2025-ci ildə 2,01 faizə endirib. Neft idxalı dörd il əvvəl 14,06 milyard avrodan 2020-ci ilin birinci rübündə 1,48 milyard avroya düşüb.
Eyni zamanda, Rusiyanın təbii qaz idxalındakı payı 2021-ci ilin birinci rübündəki 48 faizdən 2025-ci ilin birinci rübündə 17 faizə enib.
Bundan əlavə, Rusiyanın Aİ üzvü olmayan ölkələrdən qara metal idxalında payı 18,28 faizdən 7,71 faizə düşüb.
Gübrələrə gəlincə, Rusiya 2025-ci ilin birinci rübündə Avropa İttifaqına ən böyük ixracatçı olaraq qalıb. Onun payı son dörd il ərzində 28,15 faizdən 25,62 faizə qədər azalıb.
Avropadan fərqli olaraq Hindistanın Moskvadan idxalı 2021-ci ildəki 8,25 milyard dollardan 2024-cü ildə 65,7 milyard dollara yüksəlib. Əsas artım amili neft olub. “Qara qızıl” ticarətinin həcmi 2021-ci ildəki 2,31 milyard dollardan 2024-cü ildə 52,2 milyard dollara yüksəlib.
Eyni zamanda, Rusiyadan kömür və kömür məhsullarının idxalı 2021-ci ildəki 1,12 milyard dollardan 3,5 milyard dollara qalxıb.
Rusiyadan gübrə idxalı da 2021-ci ildəki 483 milyon dollardan 2024-cü ildə 1,67 milyard dollara yüksəlib.
ABŞ-nın Rusiyadan idxalı dörd il əvvəl 14,14 milyard dollardan 2025-ci ilin birinci yarısında 2,50 milyard dollara düşüb. 2022-ci ilin yanvarından ABŞ 24,51 milyard dollar dəyərində Rusiya malları idxal edib.
Ötən il Vaşinqton təxminən 1,27 milyard dollar dəyərində Rusiya gübrələri idxal edib ki, bu da 2021-ci ildəkindən (1,14 milyard dollar) bir qədər çoxdur.
Həmçinin 2024-cü ildə zənginləşdirilmiş uran və plutonium Moskvadan təxminən 624 milyon dollara alınıb ki, bu da 2021-ci ildəkindən (646 milyon dollar) bir qədər aşağıdır. Eyni dövrdə Rusiya ABŞ-a təxminən 878 milyon dollar dəyərində palladium ixrac edib ki, bu da 2021-ci ildəkindən (1,59 milyard dollar) aşağıdır.
E. KAMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://reyting.az
archiveBu xəbər 07 Avqust 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri