Icma.az
close
up
RU
ABŞ və Britaniya olmasaydı, SSRİ Hitlerə qalib gələ bilərdimi? Tarixçilər açıqlayır

ABŞ və Britaniya olmasaydı, SSRİ Hitlerə qalib gələ bilərdimi? Tarixçilər açıqlayır

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Bildiyimiz kimi, 9 May Azərbaycan və digər postsovet ölkələrində “Faşizm üzərində Qələbə Günü” olaraq qeyd olunur. İddia edilir ki, həmin vaxt ABŞ və Böyük Britaniyanın dəstəyi olmasaydı, SSRİ Hitler Almaniyasına qalib gələ bilməzdi.

Ümumiyyətlə, ABŞ və Britaniyanın rolu burada nə qədərdir? Onlar olmasaydı, müharibə necə bitərdi?

Globalinfo.az-a danışan tarix üzrə fəlsəfə doktoru Günay Hüseyn deyib ki, qələbəni SSRİ-nin yox, Rusiyanın adına yazırlar desək, daha doğru olardı.

O bunun SSRİ-də yaşayan bütün xalqların birgə qələbəsi olduğunu vurğulayıb:

“Xüsusən azərbaycanlıların müharibədəki rolu arxa planda verilib. Ümumdünya tarixinin mühüm hadisəsi kimi faşist Almaniyası üzərində birləşmiş millətlərin qələbəsinə xalqımızın verdiyi töhfənin həqiqi miqyası işıqlandırılmayıb, kölgədə qalıb. Sənədlər sübut edir ki, düşmən bombardmanları altında aramsız olaraq cəbhəyə daşınan və döyüş texnikasını hərəkətə gətirən yüksək keyfiyyətli neftimiz, əla növ benzinimiz olmasaydı, qələbə sual altında qalardı”.

G.Hüseynin sözlərinə görə, ABŞ və Böyük Britaniya İkinci Dünya müharibəsində iştirak etməsəydi, faşizm üzərində qələbənin taleyi çox fərqli ola bilərdi:

“SSRİ təkbaşına Almaniya ilə döyüşsə də, Qərb cəbhəsinin açılmaması onun üzərinə daha böyük yük qoyardı və müharibə daha uzun və dağıdıcı olardı. Müttəfiqlərin verdiyi hərbi texnika, maddi yardım (məsələn, “Lend-Lease” proqramı) və Qərbdən təzyiq olmasaydı, Hitlerin ordusu daha uzun müddət müqavimət göstərə bilərdi. Eyni zamanda, Avropanın bəzi hissələri daha uzun müddət nasistlərin nəzarətində qala bilərdi. Qısacası, ABŞ və Britaniyasız faşizmin məğlubiyyəti mümkünsüz olmasa da, çox daha çətin və qanlı olardı. Lakin ümumilikdə qələbənin başa gəlməsi çoxsaylı qurbanlar hesabına əldə olunmuşdu. 1945-ci il 9 may tarixində əldə olunmuş qələbə yalnız SSRİ və onun müttəfiqlərinin Almaniya üzərindəki qələbəsi deyildi, bu, faşizm ideologiyası üzərində xalqların qələbəsi idi. XXI əsrdə qloballaşan dünyada bu qələbənin mahiyyəti bizə getdikcə daha da aydın olur”.

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin dediklərinə görə, müharibə başladığı zaman almanlar, demək olar ki, Avropanın böyük qismini işğal etmişdi:

“Bu fakt Almaniyanın necə güclü olduğunu göstərirdi. Çünki almanlar silahlanmaqla yanaşı əvvəlki müharibədəki məğlubiyyətin qisasını almaq, yenidən alman ruhunu diriltmək istəyirdilər. Hitler də bunu onlara vəd edirdi. Nəticədə bu ruhla SSRİ-yə hücum edən almanlar sürətlə irəlilədilər, milyonlarla sovet əsgəri əsir düşdü. Çünki bir tərəfdə zəif Rusiya vardı, digər tərəfdə bolşevik zülmünə görə almanları xilaskar görən böyük kütlələr. Nəticədə milyonlarla insan bir anda dəhşətli əsir həyatına məhkum oldular. Əsirlərin xatirələrini oxuyanda insan dəhşətə gəlir. Aclıqdan cəsəd yeyənlər də olub”.

Dilqəm Əhməd deyib ki, ikinci cəbhənin açılması müharibənin gedişatına böyük təsir göstərdi:

Amma buna qədər də SSRİ gedişatı dəyişməyə başlamışdı. Xüsusilə 1943-cü il Stalinqrad döyüşündəki qələbədən sonra Almaniya üzərində üstünlük qazanmağa başlamışdı. Unutmayaq ki, Sovetlər həm insan resursları, həm də sənaye gücü baxımından böyük potensiala malik idi. Ural dağlarının şərqindəki sənaye müəssisələrinin köçürülməsi və müharibə iqtisadiyyatına keçid Sovetlərə davamlılıq qazandırmışdı. Yəni ruslar tədricən müharibənin taleyini dəyişdirməyə başlayırdılar. İkinci cəbhənin açılması ilə Almaniyanın hərbi gücü faktiki bölündü. Əgər ikinci cəbhə açılmasaydı, Almaniya bütün gücünü Şərq cəbhəsinə yönəldə bilərdi. Bu, Sovetlərin işini daha da çətinləşdirə bilərdi. Çünki alman ordusu texnoloji (tanklar, aviasiya və s.) baxımından çox üstün idi. Bu baxımdan alman gücünün bölünməsi, rusların müharibənin gedişatını dəyişdirmələrinə böyük kömək oldu”.

Dilqəm Əhməd

Tarixçinin sözlərinə görə, Sovet İttifaqı ABŞ-dan və Böyük Britaniyadan böyük miqdarda Lend-Lease proqramı çərçivəsində maddi və texniki dəstək alıb:

“Bu yardımlar (tanklar, təyyarələr, yanacaq, ərzaq və s.) Sovetlərin müharibəni davam etdirməsində mühüm rol oynadı. İkinci cəbhə açılmasaydı, bu yardımların miqdarı və təsiri azala bilərdi, müharibə daha uzun çəkərdi. Bu müddətdə Almaniya yeni texnologiyalar (reaktiv təyyarələr, raketlər və s.) inkişaf etdirərək üstünlük qazana bilərdi. Nəticə olaraq, ikinci cəbhə açılmasaydı, Sovet İttifaqının qalib gəlməsi mümkünsüz olmasa da, bu, çox daha çətin və uzun bir proses ola bilərdi. Almaniya ilə təkbaşına mübarizə aparmaq Sovetlər üçün daha böyük insan və maddi itkilərlə nəticələnərdi. Bununla belə, Sovet İttifaqının böyük resursları və dözümlülüyü nəzərə alındıqda, onların qalib gəlmək ehtimalı yenə də yüksək idi. Onsuz da Rusiya indiki Krım müharibəsində olduğu kimi, milyonlarla insanın ölümü üzərində qələbə qazanıb”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 May 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see294

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see195

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see173

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see173

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see167

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see154

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see141

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see140

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see136

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see135

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see135

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see130

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see123

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see121

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri