Icma.az
close
up
RU
Tarixçilər akademiki təbrik etdilər

Tarixçilər akademiki təbrik etdilər

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Tarixçiləri İctimai Birliyinin sədri Mehri Xanbabayeva, tarix üzrə fəlsəfə doktoru Fərəh Hüseyn, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı İradə Məmmədova və tarix elmləri doktoru, Dövlət Mükafatı laureatı Güntəkin Nəcəfli görkəmli tarixçi alim Yaqub Mahmudova doğum günü münasibətilə təbrik məktubu ünvanlayıblar.

“Tehsil365” xəbər verir ki, təbrik məktubunda deyilir:

“Dəyərli ustadımız Yaqub müəllim!

Sizin müstəqil respublikamızın ilk “Təhsil Qanunu”nun hazırlanması və çox çətinliklər bahasına qəbul etdirilməsi; Azərbaycan təhsil sistemində bakalavr və magistr sisteminin tətbiqi; orta məktəblər üçün tarix sahəsində ilk proqramların hazırlanmasında gördüyünüz xidmətləri - heç zaman unutmarıq!

Sizi BDU-nun Tarix fakültəsində həyata keçirdiyiniz mühüm islahatlarla: yeni ixtisasların və mühüm mərkəzlərin açılması; böyük çətinliklə “Türk odası”nın qurulması; xaricdəki ali məktəb ocaqları ilə əlaqələrin yaradılması; Azərbaycan Xalq Cümhuriyyətinin və Qarabağın tarixinə dair mükəmməl əsərlərin ortaya qoyulması ilə - tanımağa başladıq!

Sizi AMEA-nın Tarix İnstitutunda: itirilmiş torpaqların tarixinin (İrəvan xanlığı, Dərbənd, Tiflis əmirliyi, Borçalı, Zəngəzur və s.) tədqiqi; 40 illik fasilədən sonra “Tarix İnstitutunun elmi əsərləri”nin bərpası; “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi; Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirdiyi soyqırımlarının araşdırılması; “Azərbaycan tarixi atlası”nın işıq üzü görməsi; “Azərbaycan Respublikasının tarixi” və s. kimi fundamental əsərlərin hazırlanması ilə - daha yaxından tanıdıq!

Sizin Qərbi Azərbaycan tarixinin araşdırılması istiqamətində gördüyünüz işlərin: “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları”, “İrəvan xanlığının əhalisi” və s. - canlı şahidi və yaxından iştirakçısıyıq!

Sizin “Ata yurdu hər bir kəs üçün sadəcə olaraq onun doğulduğu kənd deyil, bizim hər birimizin, xüsusilə də Azərbaycan gəncliyinin beyninə həkk olunmalıdır ki, onun Ata yurdu bütöv Azərbaycandır. Əgər bütöv Azərbaycan yoxdursa, Azərbaycanın müstəqilliyi yoxdursa, dövlətin yoxdursa, sənin o doğulduğun kənd heç nədir. Böyük yurdun qədrini bilmədən kiçik yurdda yaşamaq mümkün deyil. Böyük yurdu qorumadan, böyük yurdun mənafeyi uğrunda həlak olmağı bacarmadan kiçik yurdu qoruyub saxlamaq olmaz!” şüarınızla - hər zaman qürur duyuruq!

Yaqub müəllim, Sizi doğum gününüzlə bağlı təbrik edir, Sizə möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Fevral 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri