ABŞ və Çin arasında ilkin razılaşma əldə edildi: Paris danışıqları nəticə verdi
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Pekin və Vaşinqton qarşılıqlı ticarət siyasətinə dair bəzi detallar üzrə ilkin razılaşma əldə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Paris şəhərində ABŞ və Çin nümayəndələri arasında keçirilən ticarət müzakirələri zamanı Çin Xalq Respublikasının ticarət nazirinin müavini Li Çenqanq məlumat verib.
Çin Mərkəzi Televiziyasının istinad etdiyi açıqlamada nazir müavini bildirib ki, ötən bir gün yarım ərzində ABŞ və Çin nümayəndə heyətləri əhatəli, səmimi və eyni zamanda konstruktiv müzakirələr aparıblar. Bu təmaslar çərçivəsində tərəflər bir sıra məsələlər üzrə ilkin razılaşmaya nail olublar. Növbəti mərhələ isə danışıqlar prosesinin davam etdirilməsindən ibarət olacaq.
Qeyd edək ki, bundan əvvəl Çin Ticarət Nazirliyi iki dövlət arasında keçirilən müzakirələrin martın 17-dək davam edəcəyini bəyan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 16 Mart 2026 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















