ABŞ və HƏMAS nümayəndələri arasında görüş baş tutub
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ və HƏMAS hərəkatının nümayəndələri Qəzza zolağında saxlanılan girovların azad edilməsi məsələsini müzakirə etmək üçün görüş keçiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə Livanın "Əl Mayadeen" telekanalına adını açıqlanmasını istəməyən yüksəkvəzifəli HƏMAS üzvü məlumat verib.
Onun sözlərinə görə, görüş Birləşmiş Ştatlar tərəfinin xahişi ilə baş tutub.
HƏMAS nümayəndəsi bildirib ki, Vaşinqtondan gələn xüsusi nümayəndə yalnız əsirlərin mübadiləsindən danışıb, atəşkəs və müharibənin başa çatması ilə bağlı məsələlərə toxunmayıb.
"ABŞ tərəfi məhbusların mübadiləsi üçün konkret formul təqdim etməyib və əsasən HƏMAS-ın mövqeyini dinləyib", - deyə mənbə qeyd edib.
Məlumat üçün qeyd edək ki, HƏMAS-ın girov saxladığı şəxslər arasında ABŞ vətəndaşları da var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 06 Mart 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















