Koreya mövcudluğuna görə 20 min türk əsgərinə borcludur Prezident
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Cənubi Koreya bugünkü mövcudluğuna görə Koreya müharibəsində iştirak etmiş təxminən 20 min türkiyəli hərbçiyə borcludur”.
Modern.az xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Li Çje Myon Türkiyə ilə münasibətlərdən danışarkən bildirib.
Prezident Türkiyənin Koreya xalqı üçün qardaş ölkə olduğunu vurğulayıb.
“Xalqımızın gözündə Türkiyə bizi qan bağları ilə birləşdirən qardaş ölkədir. Bu gün Koreya Respublikasının mövcudluğunu azadlığımız və sülhümüz uğrunda minlərlə kilometr uzaqda, adını belə bilmədikləri torpaqlarda bizimlə çiyin-çiyinə döyüşən təxminən 20 min türkiyəli hərbçiyə borcluyuq”, – deyə dövlət başçısı qeyd edib.
Li Çje Myon iki ölkə arasında enerji və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsindən də danışıb.
Onun sözlərinə görə, atom elektrik stansiyalarının tikintisinin maliyyələşdirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Həmçinin Cənubi Koreya şirkətlərinin Türkiyədə yeni atom elektrik stansiyası layihəsində iştirakının dəstəklənməsi müzakirə edilib.
Prezident bildirib ki, Türkiyənin “ALTAY” tankı layihəsində əldə olunan nəticələr əsasında müdafiə sənayesində yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdiriləcək.
Bundan başqa, birgə istehsalın və texnoloji əməkdaşlığın genişləndirilməsi hesabına iki ölkə şirkətlərinin üçüncü dövlətlərin bazarlarına çıxış imkanlarının araşdırılması razılaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 03 Noyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















