ABŞ və İran danışıqlarında müəyyən irəliləyiş var Marko Rubio
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio Vaşinqton və Tehran arasında aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rubio İsveçdə keçirilən NATO Xarici İşlər Nazirlərinin görüşü çərçivəsində təşkil olunan mətbuat konfransında danışıb.
“Davam edən müzakirələrdə müəyyən irəliləyişlər olub. Şişirtmək istəmirəm, amma müəyyən irəliləyişlər var və bu, normaldır. Əsas məsələlər isə dəyişməz qalır. İran nüvə silahına sahib ola bilməz”, - deyə o bildirib.
Rubionun sözlərinə görə, bu məsələnin həlli üçün yüksək dərəcədə zənginləşdirilmiş uran da daxil olmaqla uranın zənginləşdirilməsi problemi aradan qaldırılmalıdır.
O, həmçinin Hörmüz boğazı məsələsinə toxunaraq bildirib ki, İran burada ödəniş sistemi tətbiq etməyə çalışır.
“Onlar Omanı beynəlxalq su yollarının ödənişli olması ideyasına qoşulmağa inandırmağa çalışırlar”, - deyə Rubio qeyd edib.
ABŞ dövlət katibi vurğulayıb ki, heç bir ölkə beynəlxalq su yollarında belə yanaşmanı qəbul etməməlidir.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 22 May 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















