Florentino Peres “Qızıl top” mərasiminə qatılmayacaq
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Real Madrid”in prezidenti Florentino Peres bu gün Londonda keçiriləcək “Qızıl top” mükafatının təqdimetmə mərasimində iştirak etməyəcək.
İdman.Biz "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 79 yaşlı klub rəhbəri Böyük Britaniyanın paytaxtına səfər etməmək qərarına gəlib. Onun bu qərarının səbəbi açıqlanmayıb.
Bununla belə, “Real Madrid” ikiillik boykota son qoyaraq mərasimdə təmsil olunacaq. Klubun nümayəndə heyətinə institusional əlaqələr üzrə direktor Emilio Butraqenyo rəhbərlik edəcək. Kilian Mbappe də Londona gedən futbolçular arasındadır.
“Real Madrid” 2024-cü ildə Vinisius Juniorun “Qızıl top” mükafatını qazana bilməməsindən sonra mərasimi boykot etmişdi. Həmin il mükafata “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri layiq görülmüşdü. Madrid təmsilçisi 2025-ci ildə də mərasimdə rəsmi nümayəndə heyəti ilə iştirak etməmişdi.
Qeyd edək ki, “Qızıl top” mükafatının 70-ci təqdimetmə mərasimi oktyabrın 26-da Londondakı “London Palladium” teatrında keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 26 Oktyabr 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















