Icma.az
close
up
RU
ABŞ və Qərbin sanksiyaları Rusiya və Çin kimi ideologiyaya məxsus ölkələri zəiflətmək üçün yetərli deyil

ABŞ və Qərbin sanksiyaları Rusiya və Çin kimi ideologiyaya məxsus ölkələri zəiflətmək üçün yetərli deyil

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Vaşinqton administrasiyası hesab edir ki, ABŞ Rusiya neftinin alıcılarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edərsə, bu tədbirlər Amerika müttəfiqləri tərəfindən dəstəklənəcək. ABŞ-ın maliyyə naziri Skott Bessent Stokholmda Çin tərəfi ilə ticarət danışıqlarının yekunları üzrə deyib. “Biz bir neçə avropalı tərəfdaşlarımızdan, NATO müttəfiqlərimizdən, hətta Kanadanın da nümunəni izləyəcəkləri barədə bəyanatınə eşitmişik. Beləliklə, biz gözləyirik ki, Ukraynanı dəstəkləyən Qərb ittifaqının çoxu da eyni addımı atacaq. Məncə, sanksiyalara məruz qalmış Rusiya neftini alan hər kəs buna hazır olmalıdır”, - Bessent vurğulayıb.

“Ağ Partiya” başqa müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, tarixdə göründüyü kimi ideologiyaları olan böyük dövlətləri sanksiyalarla çökdürmək olmayıb.

Əhəd Məmmədli

“Biz buna nümunə olaraq İranı, Çini və Şimali Koreyanı, indi isə Rusiyanı misal göstərmək olar. Çünki nə qədər sanksiya olursa olsun, böyük dövlətlər bir-biri ilə ticarət etmək üçün mütləq bir yol tapırlar. Təkcə böyük dövlətlərdən söhbət getmir, eləcə də kiçik dövlətlər. Məsələn, Şimali Koreya hələ də ayaqdadır. Çin ona dəstək verir. Hansı ölkənin ideologiyası və subyektivliyi varsa ayaqda qalacaq. Şimali Koreyada da bir ideologiya var. Çoxları Şimali Koreyaya gülə bilər, amma bu ölkə suveren bir ölkədir. Diktaturadır və ya kasıbdır, ancaq ayaqda duran bir ölkədir. Eynən də Rusiya böyük bir ölkədir, rus şovinizmi üzərində öz dövlətlərini qurublar. Bununla ayaqda da qala biliblər”-deyə Əhəd Məmmədli qeyd edib.

Əhəd Məmmədli ölkələrə sanksiyaların tətbiq edilməsi ilə bağlı bildirib ki, bu bəzi ölkələri ticarətdən uzaqlaşdıra bilər, amma sanksiyaya rəğmən bir yolla əməkdaşlığı davam etdirmək mümkündür.

“Bu gün İrana qarşı sanksiyalar var. Güya Avropa ölkələrinin İranla əməkdaşlığı yoxdur? Elə Fransanın İranla daha yaxın münasibətləri var, nəinki Türkiyənin. Amma kağız üzərində Türkiyə ilə Fransa NATO üzvüdürlər, müttəfiqdirlər. Amma İranla qarşıdurma vəziyyəti davam edir. Amma Fransanın İranla daha yaxın münasibətləri var. Müasir dünyada münasibətlər elə qurulub ki, kağız üzərində düşmən ola bilərsən, amma qeyri-rəsmi olaraq, yaxın əməkdaş və ya partnyor ola bilirsən. Və yaxud kağız üzərində dost olub, qeyri-rəsmi münasibətlərdə düşmən ola bilərsən”-deyən politoloq qeyd edib ki, bəzi dövlətləri bu sanksiyalar qorxuda bilər, amma Çini qorxutmayacaq.

“Çin yenə Rusiya ilə ticarətinə davam edəcək. Çünki Rusiya böyük bazardır. Rusiyanın malını Çin daha ucuz alıb, sonra daha baha sata bilir: Burada təkcə söhbət təkcə neftdən getmir. Digər minerallar, meşə materiallar taxta, kağız, qaz və digər sərvətlərdən söhbət gedir. Çin bundan niyə imtina etsin. Digər kiçik ölkələr Qərbin sanksiyalarından qorxub qaça bilər. Çin, Braziliya, Hindistan kimi ölkələr Qərb ölkələrinin sanksiyalarına görə, Rusiya ilə əməkdaşlıqdan çəkinəcəyini düşünmürəm”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 İyul 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri