Icma.az
close
up
RU
Politoloq: ABŞ və Rusiya arasında danışıqlar prosesi tükənib

Politoloq: ABŞ və Rusiya arasında danışıqlar prosesi tükənib

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Yaxın günlərdə Ukraynanın Moskvaya güclü zərbələr endirməsi ehtimalı yüksəlib


“Rusiya ilə ABŞ arasında dialoqda ciddi fasilə yaranıb”. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.Kreml sözçüsü qeyd edib ki, dialoq prosesində, (Ukrayna ilə bağlı) İstanbul danışıqlarının inkişafında ciddi fasilə yaranıb. Peskovun sözlərinə görə, Ukrayna rəhbərliyi hələ də sənədlərlə bağlı heç bir cavab verməyib: “Heç nə irəli getmir”.

Ekspertlərə görə, bu diplomatik durğunluq regionda hərbi gərginliyin daha da artmasına səbəb ola bilər. 


Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, yaxın günlərdə Ukraynanın Rusiyanın paytaxtı Moskvaya qarşı güclü zərbələr endirməsi ehtimalı yüksəlib. O, Sherg.az-a açıqlamasında deyib ki, ABŞ və Rusiya arasında danışıqlar prosesi tükənib və Vaşinqton artıq Moskva üzərində hərbi təzyiq mərhələsinə keçid edir:


 “Co Bayden Administrasiyasından fərqli olaraq Donald Trampın mövqeyi fərqli xarakter daşıyır. Əvvəlki administrasiya Rusiya ilə gərginliyin davam etməsində maraqlı görünürdü, Tramp isə konkret nəticəyə hesablanan taktika ilə prosesin uzanmamasına çalışırdı. Lakin indi D.Trampın mövqeyinin kardinal şəkildə dəyişməsində əsas səbəb isə V.Putinin geri addım atmamasıdır”.


Politoloqun fikrincə, müharibə artıq yeni mərhələyə daxil olur və Moskva yaxın zamanlarda bu reallığın fərqinə varacaq:

 “Əgər Ukrayna Moskvadakı strateji obyektlərə zərbələr endirərsə, bu, Kremlin qapısının döyüldüyü anlamına gələcək. O zaman Rusiya rəhbərliyi başa düşəcək ki, müharibə artıq yalnız Ukrayna ərazisində deyil, birbaşa Rusiyanın daxilində hiss olunur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri