ABŞ və SEPAH arasında gizli təmas xəbərləri... Bəqai
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsi üzrə Omanla danışıqlar davam edir.
"Bakupost" xəbər verir ki, bunu İran XİN-nin nümayəndəsi İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, tərəflər gəmilərin hərəkət marşrutlarının əsas parametrlərini razılaşdırıblar və razılaşmaları marşrut xəritəsi ilə birgə bəyanatı əhatə edən sənədlər paketi şəklində rəsmiləşdirmək niyyətindədirlər.
ABŞ və SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) arasında İraq Kürdistanı vasitəsilə gizli təmaslar barədə xəbərləri şərh edən Bəqayi bunları "süni" və İran dövlət strukturları arasında ixtilaf təəssüratı yaratmaq cəhdi adlandırıb.
Tehran həmçinin bəyan edib ki, ABŞ-nin yeni sanksiyaları, o cümlədən Çin neftayırma şirkətlərinə və banklarına qarşı mümkün tədbirlər İranın mövqeyini dəyişməyəcək.
XİN-dən vurğulanıb ki, ölkə ABŞ təzyiqinə qarşı durmaq üçün əlində olan bütün vasitələrdən istifadə etməyə hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 17 Avqust 2026 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















