Icma.az
close
up
RU
Bunu başlayan tərəfin Türkiyə olması Azərbaycan üçün son dərəcə sarsıdıcıdır AÇIQLAMA

Bunu başlayan tərəfin Türkiyə olması Azərbaycan üçün son dərəcə sarsıdıcıdır AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən Zirvə görüşündə iştirak etməməsinin Türkiyədə süni müzakirə mövzusuna çevrilməsi diqqət çəkir. Son bir ay ərzində Azərbaycan dövlət başçısını müxtəlif bəhanələrlə hədəfə alan, onun ünvanına təhqiramiz ifadələr işlədən bəzi çevrələrin bu dəfə də sammitdə iştirak etməməsi üzərindən tənqid kampaniyası aparması suallar doğurur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirdi ki, hazırda Türkiyədə nə qədər etiraz səsləri ucaldılırsa, Azərbaycan da ən azı o qədər bu məsələdən yara alıb:

"Çünki birbaşa Azərbaycan Prezidentinin, onun Müzəffər Ali Baş Komandanının hədəf seçilməsi xalqımızda haqlı olaraq dərin küskünlük və narahatlıq yaradıb. Hər ağızdan çıxan avaza qulaq vermək lazım olmasa da, hər şeyi eşidir, baş verənləri ən incə detalına qədər görürük. Bu baxımdan da düşünürəm ki, hərarəti bu qədər artırmaq, keyfiyyət meyarlarını bu qədər aşmaq zamanında lazım deyildi. Axı iştirak məsələsində iki alternativ variantdan sadəcə birinin baş tuta biləcəyi reallıq idi.

Cənab Prezident İlham Əliyevin şəxsiyyətini birbaşa hədəf almaq, xalqımızla bağlı son dərəcə lazımsız və lüzumsuz fikirlər səsləndirmək, düşünürəm ki, geriyə dönüşü olduqca çətin olan addımlara şərait yarada bilər. Məhz bu səbəbdən də səbr kasasının Oqtay Saral kimi “son damlası” hadisəsindən sonra üzərindən kifayət qədər uzun müddət keçdikdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cənab Prezident İlham Əliyevə zəng etməsini müsbət dəyərləndirsək də, birmənalı şəkildə ifadə etdik ki, bəzi yaralar, təəssüf ki, gec sağalır və bu hadisələr yaddaşımızdan silinməyəcək".

O vurğuladı ki, baş verən hadisələr, səsləndirilən fikirlər unudulmamalıdır:

"Dövlət yaddaşımız da bunları unutmur. Lakin ortada həm də qardaşlığımız var. Eyni soykökümüz, tariximiz və dəyərlərimiz var. Bu baxımdan söhbət hər hansı bir dövlətdən və ya hansısa dövlətin Azərbaycan dövlətinə münasibətindən getmirdi. Məsələnin mahiyyəti o zaman aydın olur ki, ortada Türkiyə və Azərbaycan reallığı var idi. Bütün bunların üzərindən bir anda hansısa amillərə və ya kimlərəsə görə xətt çəkmək bu qədər asan olmamalı idi. O sözlər ağızdan elə rahat tökülməməli idi, beyinləri o “məhsulu” elə rahat istehsal etməməli idi. Bu baxımdan, cənab Prezident İlham Əliyevin Ankarada keçirilən sammitə getməməsinin kifayət qədər uyğun şəkildə ifadə edilməsi onu göstərir ki, Azərbaycan lideri diplomatiya baxımından olduqca düzgün addımlar atan siyasətçi, şəxsiyyət baxımından isə bütöv və tam xarakterdir. Əvvəlcədən müəyyən olunmuş bir qrafik var. FIFA U-15 Dünya Çempionatının bağlanış və mükafatlandırma mərasiminin keçirilməsi, prioritetlərin bu şəkildə müəyyənləşdirilməsi cənab Prezident İlham Əliyevin həm fəaliyyətinin ardıcıllığından, həm də şəxsiyyətinin bütövlüyündən xəbər verir".

Politoloq düşünür ki, Azərbaycan qarşılıqlı şəkildə addımlar atır:

"Dövlət başçımızın çox yerində ifadə etdiyi bir fikir var idi. Müharibəni başlayan tərəf biz olmamışıq. Elə bu yanaşmanı məcazi mənada Türkiyə ilə münasibətlərimizə də tətbiq etsək, görərik ki, narahatlığı, narazılığı və bu qədər geniş kampaniyanı başladan tərəf biz olmamışıq. Bunu başlayan və həyata keçirən tərəfin Türkiyə olması Azərbaycan üçün son dərəcə sarsıdıcıdır. Biz “bir millət, iki dövlətik”. Amma tarix boyu heç bir sənəddə, heç bir ritorikada və bəyanatda bir millət və bir dövlətdən söhbət getməyib.

Azərbaycanın beynəlxalq əlaqələrinin formalaşdırılmasında da, atdığı addımlarda da müstəqil iradəsi mövcuddur. Azərbaycan xalqına qarşı səsləndirilən fikirlər, ucaldılan etiraz səsləri mahiyyət etibarilə əsassızdır. Ən önəmlisi isə odur ki, heç bir halda Müzəffər Liderimizin şəxsiyyətinə və fəaliyyətinə dil uzadılmasına imkan verməyəcəyik. Bu istiqamətdə dövlət başçımızın qəbul etdiyi hər bir qərarın arxasında məntiqi yanaşma və nəticəyönümlülük dayanır".

Ş.Həsənova diqqətə çatdırdı ki, Azərbaycan dünyəvi dövlətdir, hansısa dini qruplaşmalar tərəfindən idarə olunmur:

"Atılan addımlar soyuqqanlı yanaşmanın, məntiqi təfəkkürün və diplomatiyanın məhsuludur. Bu baxımdan, dövlət başçımız Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Zirvə görüşündə də bir daha daxili işlərimizə qarışılmasının yolverilməz olduğunu bildirdi. Odur ki, cənab Prezident İlham Əliyevin Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının sammitində iştirak etməməsi böyüdüləcək bir məsələ deyil. Bu, prioritetlərin düzgün müəyyənləşdirilməsi, eyni zamanda, məhz bu zamanda və məkanda nümayiş etdirilməli olan ən məntiqli yanaşmadır".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Oktyabr 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri