ABŞ və Somali Əl Şəbab qruplaşmasına birgə hava zərbələri endirib
Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şərqi Afrika ölkəsi Somali hökuməti ABŞ ilə birlikdə Əl-Qaidə ilə əlaqəli Əl-Şəbab qruplaşmasına qarşı ölkənin daxili ərazilərində hava hücumları təşkil etdiyini açıqlayıb.
Hücumlarda 12 Əş-Şəbab üzvünün öldürüldüyü, təşkilata silah aparan gəminin məhv edildiyi bildirilib.
Hava hücumları Əl-Şəbabın paytaxt Moqadişudan təxminən 245 kilometr şimalda yerləşən Adan Yabal qəsəbəsinə hücumundan bir neçə saat sonra həyata keçirilib. Qəsəbə Əl-Şəbaba qarşı reydlər üçün əməliyyat bazası kimi istifadə edilib. 2007-ci ildən fəaliyyət göstərən Əl-Şəbabın son bir ayda gücləndiyi bildirilir. Somali hökuməti bu gün açıqladı ki, Somali qüvvələri və ABŞ Afrika Komandanlığının (AFRICOM) dünən gecə həyata keçirdiyi hava hücumunda həlak olanlar arasında yüksək rütbəli Əl-Şəbab xadimləri də var.
İnformasiya Nazirliyi, sosial media platforması X-də Əl-Şəbab üzvlərinin toplaşmaq və gizlənmək üçün istifadə etdiyi ərazinin hədəfli hücumda vurulduğunu və hücumda mülki vətəndaşların ölmədiyini açıqlayıb.
Somali və AFRICOM tərəfindən həyata keçirilən ikinci hücumun naməlum bayraqlı gəmini və onu dəstəkləyən daha kiçik qayıqları hədəf aldığı bildirilir. Nazirliyin açıqlamasına görə, sözügedən gəmilər Somali ərazi sularında Əl-Şəbab üçün silah daşıyıb. Bu hücumda dəniz gəmilərinin məhv edildiyi və nəqliyyat vasitələrində olan insanların həlak olduğu açıqlanıb.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 17 Aprel 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















