Avropa Birliyi assosiativ üzvlük modelini təqdim etdi
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Kanadanın assosiativ üzv statusu əldə etməsi ilə bağlı təklifin təfərrüatlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, o, bu modelin Avropadan kənarda yerləşən digər ən yaxın tərəfdaşlar üçün də açıq ola biləcəyini bildirib.
Fon der Leyen Monrealda keçiriləcək Aİ-Kanada Zirvə Görüşü ərəfəsində CD Howe İnstitutunda çıxış edərək tərəflər arasındakı münasibətləri dəyərləndirib.
Kanada ilə Aİ-nin bir-birini tamamlayan iki sistem olduğunu vurğulayan fon der Leyen bildirib ki, coğrafi səbəblərdən Kanadanın İttifaqın tamhüquqlu üzvü olması mümkün deyil. Bununla belə, tərəflər əməkdaşlığı mümkün olan ən yüksək səviyyəyə çatdırmaq istəyirlər.
“Əlbəttə ki, Kanada coğrafi səbəblərə görə Aİ-nin tamhüquqlu üzvü ola bilməz. Lakin hər ikimiz münasibətlərimizi mümkün olan ən yüksək səviyyəyə qaldırmaq istəyirik. Buna görə də Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması ideyasını müzakirə edirik”, – deyə o bildirib.
Fon der Leyen təklif olunan modelin mahiyyətini də açıqlayıb. Onun sözlərinə görə, məqsəd formal üzvlük olmadan daha sıx tərəfdaşlıq qurmaqdır.
“İdeyamız sadədir: biz üzvlük prosesini deyil, üzvlük olmadan tərəfdaşlığı nəzərdən keçiririk. Bununla belə, üzvlüyün yaratdığı boşluğu ortaq məqsəd və baxışla doldura bilərik. İndiyədək qurduğumuz münasibətlərdən daha çox, üzvlüyə yaxın tərəfdaşlıq yarada bilərik”, – deyə Aİ Komissiyasının sədri qeyd edib.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 29 Oktyabr 2026 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















