Icma.az
close
up
RU
ABŞ Venesuela prezidentinin həbsi üçün pul mükafatını artırdı

ABŞ Venesuela prezidentinin həbsi üçün pul mükafatını artırdı

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Biz Venesuela xalqının demokratik gələcək uğrunda mübarizəsini dəstəkləməkdə davam edəcəyik..."

ABŞ-ın vəzifədən gedən prezidenti Co Baydenin administrasiyası Venesuelanın səkkiz rəsmisinə qarşı sanksiyalar tətbiq edib və prezident Nikolas Maduronun həbs edilməsinə kömək edənlərin mükafatını 15 milyon dollardan 25 milyon dollara qaldırıb. Maduro dünən üçüncü prezidentlik müddətinə başlayıb.

Moderator.az xəbət verir ki, bu barədə "zn.ua" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, daxili işlər naziri Diosdado Kabelyo və müdafiə naziri Vladimir Padrinonun həbsinə və məhkum olunmasına gətirib çıxaracaq məlumat üçün 15 milyon dollar mükafat vəd edilir.

Sanksiyalar Venesuelanın PDVSA dövlət neft şirkətinin rəhbəri Hektor Obreqon, nəqliyyat naziri Ramon Velaskes, həmçinin polis və hərbi vəzifəliləri də əhatə edib.

ABŞ hakimiyyəti Maduro və onun tərəfdarlarını narkotik qaçaqmalçılığında ittiham edir və onu Venesuelanın legitim prezidenti kimi tanımır. ABŞ-da Venesuelanın demokratik yolla seçilmiş prezidenti olaraq, Maduronun əsas rəqibi və müxalifətin liderlərindən biri Edmundo Qonsales hesab edilir.

Maduronun dünənki inauqurasiya mərasimi ciddi təhlükəsizlik tədbirləri altında keçirilib. Hətta mərasimə akkreditasiya olunmuş Venesuelanın milli media orqanlarının çoxunun jurnalistləri buraxılmayıb. Xarici jurnalistlər isə ölkəyə girişdə akreditasiya mərhələsində maneə ilə üzləşib.

ABŞ sanksiyaları Böyük Britaniya və Avropa İttifaqı ilə koordinasiya olunub. Kanada da Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib.

"Birləşmiş Ştatlar eyni mövqedə olduğumuz tərəfdaşlarla birlikdə Venesuela xalqının yeni liderlik üçün verdiyi səslə həmrəydir və Maduronun saxta qələbə iddialarını rədd edir", - ABŞ maliyyə nazirinin müavini vəzifəsini icra edən Bredli Smitin bəyanatında deyilir.

Maduro və onun tərəfdarları ABŞ və digər ölkələrin sanksiyalarını ənənəvi olaraq "qanunsuz tədbirlər" adlandırır və bu məhdudiyyətləri Venesuelaya zərər vurmağa yönəlmiş "iqtisadi müharibə" kimi qiymətləndirir.

"ABŞ-ın vəzifədən gedən hökuməti bizdən necə qisas alacağını bilmir", - Maduro inauqurasiya nitqi zamanı sanksiyalardan birbaşa bəhs etmədən bildirib.

Maduronun inauqurasiya günündə Avropa İttifaqı da sanksiya siyahısını genişləndirib, Böyük Britaniya isə Maduronun 15 müttəfiqinə qarşı məhdudiyyətlər tətbiq edib. Böyük Britaniya da Venesueladakı prezident seçkilərinin nəticələrini tanımayıb.

"Böyük Britaniya Maduronun demokratiyanı boğmasına və insan hüquqlarını kobud şəkildə pozmasına səssiz qalmayacaq. Bütün siyasi məhbuslar azad edilməli, repressiyalar dayandırılmalıdır. Biz Venesuela xalqının demokratik gələcək uğrunda mübarizəsini dəstəkləməyə davam edəcəyik", - Böyük Britaniya xarici işlər naziri Devid Lammi bildirib.

Venesuelada prezident seçkiləri keçən il iyulun 28-də keçirilib. Rəsmi məlumata görə, seçkilərdə ölkənin hazırkı prezidenti Nikolas Maduro qalib gəlib və bununla üçüncü müddətə prezident seçilib. Müxalifət isə seçkilərdə 70 faizdən çox səslə Edmundo Qonsalesin qalib gəldiyini iddia edir. 

Müxalifət 80 faizdən çox seçki məntəqəsindən əldə edilmiş protokolları yayıb, bu protokollara əsasən Qonsales böyük fərqlə qalib gəlib. Maduronu qalib elan edən Milli Seçki Şurası isə protokolları dərc etməyib. Seçkilərdən sonra Venesuelada genişmiqyaslı etiraz aksiyaları baş verib, iştirakçılar Maduronu səslərin saxtakarlığında ittiham edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Yanvar 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri