Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Müxalif “qəhrəmanların“ əsl siması: Gültəkin Hacıbəylini kim deputat etmişdi və torpaqlar vermişdi İFŞA

Müxalif “qəhrəmanların“ əsl siması: Gültəkin Hacıbəylini kim deputat etmişdi və torpaqlar vermişdi İFŞA

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan siyasi həyatında uzun illər boyu görünməyən, lakin hər yerdə izi olan bir şəbəkənin mərkəzində Ramiz Mehdiyevin dayandığı artıq sirr deyil. Dövlətə xəyanət və bir sıra ağır ittihamlarla üz-üzə qalan sabiq PA rəhbərinin təkcə hakimiyyət içində deyil, müxalifət daxilində də “kadr yetişdirdiyi” haqda məlumatlar pərdəarxası siyasi oyunların həcmini göz önünə sərir. Son günlər yayılan faktlar isə göstərir ki, Mehdiyevin qurduğu bu sxemin ən önəmli fiqurlarından biri radikal müxalifət mənsubları – Əli Kərimli və Gültəkin Hacıbəyli olub.

Gültəkin Hacıbəylinin bir zamanlar Ramiz Mehdiyevi göylərə qaldıran fikirləri, onun “şəxsiyyətinə heyranlıqla yanaşması” bu gün özünü müxalifətin barışmaz siması kimi təqdim edən şəxsin keçmişinə işıq salır. Bugünkü ritorikasına baxanda həmin sözlərin müəllifinin o olduğuna inanmaq çətin görünür, amma məhz o, Mehdiyevin “nüfuzu və iradəsi olmasaydı, ölkə daha pis proseslərlə üzləşərdi” deyə bəyanat verən adamdır. Sonradan müxalifət cəbhəsinə keçidi isə bəzi dairələrin iddia etdiyi kimi ideoloji dönüş yox, Ramiz Mehdiyevin bitkin planının tərkib hissəsi olub.

Bu planın digər mühüm parçası Əli Kərimli idi.

90-cı illərin sonlarından Mehdiyevin siyasi orbitinə daxil olduğu bildirilən Kərimli həmin dövrdən etibarən xüsusi “vasitəçi xətti” ilə təlimat alıb. Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun bu əlaqənin qurulmasında əsas fiqur olduğu haqda məlumatlar uzun illərdir siyasi çevrələrdə müzakirə olunur. Görüşlərin restoran masalarında başladığı, sonrakı mərhələdə təlimatların artıq qapalı kanallarla ötürüldüyü bildirilir. Bu təlimatların mahiyyəti isə eyni idi: müntəzəm mitinqlərin keçirilməsi, gərginlik yaratmaq, sosial şəbəkələrdə və mediada hakimiyyətə qarşı ittihamların şiddətləndirilməsi və beynəlxalq tədbirlər zamanı aksiyalara xüsusi aktivlik verilməsi. Məqsəd həm müxalifəti “güclü və təhlükəli” göstərmək, həm də Mehdiyevin özünü hakimiyyəti “xarici və daxili təhdidlərdən qoruyan əsas fiqur” kimi təqdim etmək idi.

Maraqlıdır ki, Mehdiyev və ətrafı hakimiyyətdən uzaqlaşdırıldıqdan dərhal sonra radikal müxalifətin fəaliyyətinin zəifləməsi, mitinqlərin dayanması, hətta sosial şəbəkə ritorikasının belə aşağı düşməsi hadisələrin təsadüfi olmadığını nümayiş etdirdi. Bu, illərlə “ideoloji mübarizə” kimi təqdim olunan proseslərin əslində kabinetlərdə yazılan ssenarilərin icrası olduğunu ortaya qoydu.

Müxalifətin içində Mehdiyevin ən çox güvəndiyi şəxslərdən biri kimi göstərilən Gültəkin Hacıbəylinin siyasi portreti də bugünlərdə yayılan faktlarla tamamilə aydınlaşır. Deputat olduğu illərdə Goranboyda əldə etdiyi torpaq sahələri, tikdirdiyi evlər, biznes obyektləri və geniş mülk paketlərinin hamısının Mehdiyevin himayəsi ilə formalaşdığı deyilir. Rayon sakinlərinin sözlərinə görə, Hacıbəyli deputat mandatını şəxsi biznesini böyütmək üçün istifadə edib, ona ayrılan torpaq sahələrinin böyük hissəsini satıb, qalanında isə özünə geniş mülk salıb. 80 sotluq ərazinin hissələrə bölünməsi, Xanqərvənddə pay torpaqlarına bağ evi tikdirməsi, Nadirkənddə 5 hektarlıq əraziyə sahib olması, Yuxarı Ağcakənddə daş-gips karxanasına nəzarəti – bütün bunlar onun “qəddar korrupsiya ilə mübarizə aparan” obrazıyla heç bir şəkildə üst-üstə düşmür.

Bu faktlar həm də göstərir ki, Gültəkin Hacıbəylinin müxalifətçiliyə keçidi onun şəxsi ideoloji seçimi yox, Mehdiyevin uzunmüddətli planının davamı olub. Əli Kərimli ilə eyni siyasi xəttə keçməsi, Milli Şuraya qoşulması, radikal ritorikanın önündə dayanması məhz bu çərçivədə baş verib. Müxalifət daxilində süni gərginlik yaratmaq, hakimiyyətə qarşı təzyiq görüntüsü formalaşdırmaq və paralel şəkildə Mehdiyevin öz mövqelərini qorumaq üçün istifadə etdiyi “kölgə mexanizmi” fəaliyyət göstərirdi.

Bu gün Mehdiyevin siyasi şəbəkəsinin çökməsi ilə bir çox faktlar ard-arda üzə çıxır. Uzun illər ideoloji savaş kimi göstərilən proseslərin arxasında şəxsi maraqlar, torpaq alveri, maliyyə dəstəyi və kabinet oyunları dayanırmış. Bu ifşa həm radikal müxalifətin indiki iddialarının nə qədər boş olduğunu, həm də onların keçmiş siyasi sponsorunun hələ də davam edən təsir izlərini bir daha göstərir. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Noyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see238

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see212

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see209

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see192

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see172

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see166

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see161

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see154

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see152

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see150

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see148

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see148

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see147

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see146

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see141

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see135

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri