Icma.az
close
up
RU
Samir Abasovun düşdüyü “quyu”

Samir Abasovun düşdüyü “quyu”

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Samir Abasovun “Neftçi”yə gəlişini necə dəqiqliklə proqnozlaşdırmışdımsa, elə gedişini də o cür proqnazlaşdırırdım. Sözün hər iki mənasında.

Birincisi zaman məsələsində. Hələ avqustda Samir Abasovun “Neftçi”də noyabra qədər başını girələyib, məvacibini alacağını yazmışdım. Bilirdim ki, birinci dövrənin sonuna qədər Abasov müxtəlif bəhanələr uydurub, onların arxasında gizlənəcək. Ölkə futbolu ilə maraqlanan hər kəs bilir ki, Samir bəy bəhanə uydurmağı yaxşı bacarır. İşi çətinə düşəndə davranış və sözlərinə bir az da aqressivlik əlavə edib, opponentini qorxutmağa da çalışır. Amma bütün bunlar müəyyən vaxta qədər işə yarayır.
Milli komandaların oyunları ilə bağlı fasilələr də hər dəfə onun dadına çatırdı. Azarkeşlər ümid edirdi ki, təxminən iki həftə davam edən fasilə ərzində baş məşqçi komandanı toparlayacaq, dominant futbol oynamağı öyrədəcək.
Sadəlövh azarkeş hardan bilsin ki, Samir Abasovun bacardığı, onun “Neftçi”yə verə biləcəyi elə bu qədər idi. Fasilələr bir göz qırpımında ötüb getdi. Birinci dövrənin 11 turu da arxada qaldı. Amma Samir Abasovun “Neftçi”si düzəlmədi ki, düzəlmədi. Nəhayət, klubun rəhbərliyi də bu işin onunla olmayacağını, adamın “Neftçi”nin yükünün altına çiyin verəcək, komandanı böhrandan qurtaracaq mütəxəssis olmadığını anladı. Bir qədər gec oldu.
Görünən odu ki, indiki halda “Neftçi” rəhbərliyi “ziyanın yarısından dönmək də xeyirdi” prinsipini əsas tutdu, Samir bəylə bundan artıq ziyana düşmək istəmədi.
İkinci məqam Samir Abasovun “Neftçi”yə gəldiyi kimi də ordan getməsidi. Biz tələbə olanda “Bakılı oğlanlar”ın məşhur bir səhnəciyi vardı. Samir Abasovun Roman Qriqorçuku əvəzləmək eşqiylə alışıb-yanması, sonra da “Neftçi”dən urvatsız şəkildə yola salınması da ona bənzədi.
Hər halda, mən illərdi Azərbaycan futbolunu yaxından izləyirəm. İndiyə qədər neçə-neçə məşqçinin yola salınmasına, hətta qovulmasına şahidlik etmişəm. Lakin belə bir bəyanatla məşqçinin istefaya göndərilməsini görməmişdim. Sanki klubun başbilənləri də onun əməllərindən təngə gəlibmiş, təzminat tələbi də bu gərgin münasibətlərin kulminasiya nöqtəsi olub. Onlar da tənbəllik etməyib klubun mətbəxindəki söz-söhbəti ictimaiyyətə açıqladı. Hamı bildi ki, Abasov kürsüsündən ikiəlli ona görə yapışıbmış ki, onu postundan qovsunlar və təzminatını versinlər.
Bundan sonra Abasova hansısa premyer-liqa klubundan təklif göndərmək istəsələr, bu məqamı mütləq nəzərə alacaqlar. Qorxacaqlar ki, adam “Neftçi”nin başına açdığı oyunun beşqat artığını onların başına açar.
Sözsüz, mən peşəkarlığın qayda-qanunlarından xəbərdaram. “Alman kimi” davransan, müqaviləndə yazılan pulu son qəpiyinədək tələb edərsən. Necə ki, zaman-zaman əcnəbi mütəxəssislər AFFA-dan və “Neftçi”nin özündən pullarını alıb, vətənlərinə dönüblər. Sonra da ordan bizə baxıb, haqqımızda min cür söz danışıblar. Azərbaycanlı mütəxəssislər onlar kimi davranmağı özlərinə bir qədər ar biliblər. Həmişə ortaq məxrəcə gəlinib. Xüsusən də o halda ki, hansısa məşqçi komandaya fayda verməyi bacarmayıb, ona ödənilən və ödənilməsi lazım gələn pula layiq olmadığını özü də başa düşüb. Abasov isə başa düşmək istəmədi.
Mətləbdən çox uzaqlaşmayım. Pul işləri bizlik deyil. Onsuz da “Neftçi”nin milyonlarla ölçülən büdcəsinə göz dikən çoxdu, hərə bir cür yağmalamaq arzusundadı. Mən Samir bəyin “Neftçi”yə gəldiyi kimi getməsindən danışım. Hələ “Neftçi”nin Qriqorçukla müqavilə müddəti davam edərkən, Abasov özü də “Sumqayıt”ın halalca baş məşqçisi olarkən ssenari işə düşmüşdü. “Neftçi” qələbəyə həsrət qaldıqca kimlərsə toy-bayram edir, addım-addım “Neftçi”nin Bakıxanov qəsəbəsinin girəcəyindəki bazasına yaxınlaşdıqlarını deyirdilər. “Kəpəz”in mövsümdəki ilk qələbəsini “Neftçi” üzərində qazanması son damla oldu, Qriqorçuk postunu tərk etdi. Bu isə Samir Abasovun başının dəstəsiylə “Sumqayıt”ı atıb, “Neftçi”yə gəlməsi demək idi.
Zaman sübut etdi ki, “Neftçi” boyda klubu çalışdırıb, uğura daşımaq üçün “gizli əllər”in dəstəyi kifayət deyilmiş. Gərək hər bir işdə halallıq olsun, bir də ki, çiynini verdiyin ağırlığın altında dayanmağa gücün və istedadın. Samir bəydə o yox idi. Ona görə də öz qazdığı quyuya da düşdü. İnanıram ki, dərs çıxaracaq.
AMAL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Noyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1187

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see455

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see359

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see359

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see356

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see352

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see310

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see287

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see256

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see230

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see207

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see201

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see198

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see193

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see188

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see178

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see175

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri