Icma.az
close
up
RU
ABŞ viza müraciətlərini sərtləşdirdi

ABŞ viza müraciətlərini sərtləşdirdi

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Amerika Birləşmiş Ştatları Rusiyadan və digər ölkələrdən gələn viza müraciətlərinə yeni məhdudiyyətlər tətbiq edib. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Dövlət Departamenti viza müraciəti qaydalarını yeniləyib. Belə ki, müraciətlər yalnız müraciətçinin vətəndaşı olduğu, yaxud daimi yaşadığı ölkələrdəki səfirlik və ya konsulluqlar vasitəsilə edilə bilər. 

Bu dəyişiklik xüsusilə Rusiyadakı vətəndaşlara təsir göstərəcək; çünki Rusiyada müntəzəm viza əməliyyatları aparılmır. Rusiyadan müraciət edənlər artıq yalnız Astanadakı və ya Varşavadakı ABŞ diplomatik nümayəndəliklərinə müraciət edə biləcəklər. 

ABŞ Dövlət Departamenti açıqlayıb ki, qeyri-immiqrant viza (NIV) müraciətlərində müsahibə üçün görüş təyin etmək istəyən bütün müraciətçilər, yalnız vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkədəki ABŞ səfirliyi və ya konsulluğuna müraciət etməlidirlər. Əvvəllər bu tip viza müraciətlərini istənilən ölkədən etmək mümkün idi. 

Lakin yeni qaydaya əsasən, müraciətlər yalnız vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkələrdəki diplomatik nümayəndəliklər vasitəsilə qəbul ediləcək. Rusiya vətəndaşları üçün qeyri-immiqrant vizasına müraciət edilə biləcək yeganə şəhərlər Astana və Varşava kimi müəyyən olunub. 

ABŞ Rusiyada müntəzəm immiqrasiya və viza əməliyyatları aparmadığı üçün bu iki şəhəri alternativ olaraq təqdim edir. Oxşar məhdudiyyətlər Belarus (müraciətlər yalnız Vilnüs və Varşavadakı ABŞ səfirliklərinə edilməlidir) və Ukrayna (Krakov və Varşava) da daxil olmaqla 16 ölkə üçün də qüvvədədir.

Rusiya vətəndaşları başqa ölkələrdə daimi yaşayış icazəsinə malikdirlərsə, həmin ölkələrdəki ABŞ diplomatik nümayəndəliklərinə müraciət edə bilərlər. Lakin müraciətin yaşayış yerinə əsaslanması halında, müraciətçilər həmin ölkədə daimi yaşadıqlarını sübut etməlidirlər. ABŞ-nin qeyri-immiqrant viza kateqoriyasına turistik (B-2), işgüzar səfər (B-1), təhsil mübadilə proqramları (J), jurnalistika (I) və digər onlarla müxtəlif viza növü daxildir. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see436

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see383

Rəhmanın dostu da dənizdə boğulubmuş Video

16 İyul 2026 23:19see357

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see257

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see226

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see202

Qurban Qurbanov: “Belə hava şəraitində daha yaxşı oynadıq”

17 İyul 2026 02:29see200

Banqladeşdə qızılcadan ölənlərin sayı 779 a çatdı

16 İyul 2026 22:23see197

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see194

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see191

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see181

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see175

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see174

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see171

Qurbanov: “Buna çox sevinirəm”

17 İyul 2026 02:00see170

“Torpedo” “Zirə”: heyətlər

16 İyul 2026 19:00see169

ÇSKA ilə oyunlara daha yaxşı hazırlaşmalıyıq, çünki komandada hələ də müəyyən çatışmazlıqlar var Qurban Qurbanov

17 İyul 2026 02:42see168

Küveyt səmasında 32 İran dronu vurulub

17 İyul 2026 02:49see165

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see155

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri