Tramp ABŞ vətəndaşlığı qaydalarını yenidən sərtləşdirdi
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp doğum hüququ əsasında vətəndaşlığın əldə edilməsini məhdudlaşdırmaq məqsədilə iki yeni icra sərəncamı imzalayıb.
Turkustan.az xəbər verir ki, sərəncamların məhkəmədə hüquqi mübahisələrə səbəb olacağı gözlənilir.
Bu, Tramp administrasiyasının ABŞ-da doğulan uşaqlara müəyyən hallarda avtomatik vətəndaşlıq verilməsini məhdudlaşdırmaq istiqamətində ikinci cəhdidir. İlk cəhd ABŞ Ali Məhkəməsinin müdaxiləsindən sonra nəticəsiz qalıb.
Trampın cümə axşamı imzaladığı sərəncamlardan biri doğuş zamanı avtomatik olaraq ABŞ vətəndaşlığı əldə edə bilməyəcək şəxslərin kateqoriyalarını genişləndirməyi, digəri isə “doğum turizmi” adlandırılan praktikanın qarşısını almağı nəzərdə tutur.
Qeyd edək ki, Tramp doğum hüququ ilə vətəndaşlığın məhdudlaşdırılmasını ikinci prezidentlik müddətində həyata keçirmək istədiyi əsas immiqrasiya siyasətlərindən biri kimi təqdim edib. Lakin bu istiqamətdə əvvəlki cəhdləri hüquqi maneələrlə üzləşib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 07 Avqust 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















