Icma.az
close
up
RU
ABŞ Xameneini buna görə qoruyur İranın Ali rəhbəri ilə bağlı müəmma

ABŞ Xameneini buna görə qoruyur İranın Ali rəhbəri ilə bağlı müəmma

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Son günlər İran-İsrail qarşıdurması fonunda ölkənin ali lideri Seyid Əli Ayətullah Xameneinin öldürülməsi məsələsi də gündəmə gəlir. Ötən gün İsrail ordusu İranın ali rəhbərinin qaldığı bunkerin yerləşdiyi məhəlləni bombaladığını açıqlayıb. Xameneinin xalqa müraciət videosunun yayılmasından dərhal sonra bunun baş verməsi maraq doğurub. ABŞ Prezidenti Donald Tramp da Xameneinin gizləndiyi yerlə bağlı əllərində dəqiq məlumatların olduğunu bildirmiş və onun “hələlik” öldürülməyəcəyini açıqlamışdı.

ABŞ Xameneyinin aradan götürülməsini nədən istəmir? Sonda onunla anlaşacaqlarını bildiyi üçün? İranın ali rəhbəri həqiqətən hədəfdədir? Onun aradan götürülməsi İran üçün necə bir ssenari vəd edir?

Globalinfo.az-a danışan siyasi şərhçi İlham İsmayıl bildirib ki, İran dünyəvi quruluşa malik olmayan ideoloji dövlətdir:

“İslam ənənələrinə sadiq Respublika olduğundan, gərgin situasiyalarda ali rəhbərin öldürülməsi İran cəmiyyətində daha çox birlik yaradır, parçalanma isə baş vermir. Hətta Xameneidən narazı qüvvələr belə, artıq vətən və dövlət prinsipi əsasında birləşirlər. Bunu ABŞ çox yaxşı bilir. Xameneinin öldürülməsi mövcud rejimi dəyişdirməyəcək, əksinə, birlik və sıxlıq yaranacaq.

İranın nüvə silahı əldə etməyəcəyinə dair konkret öhdəlik götürəcəyinə dair ümidlər var, lakin İran birmənalı qərar verməyib. Tehran danışıqlar masasına əyləşmək, zənginləşdirilmiş uranın Beynəlxalq Atom Enerjisi Agentliyinə təhvil verilməsi və proksi qüvvələrdən tam imtina edilməsi ilə bağlı müzakirələrin aparılmasının vacibliyini vurğulayır. Donald Tramp isə artıq danışıqlar deyil, konkret öhdəliklər götürməklə İranın danışıqlara gəlməsinin vaxtının çatdığını qeyd edir. Bu Rusiya Prezidenti Vladimir Putinin atdığı addıma bənzəyir. Beləki o, Ukrayna məsələsində danışıqlardan əvvəl kapitulyasiya aktını qəbul etmələrini əsas şərt qoyub.

İlham İsmayıl

Əli Xamenei bilir ki, “təslim oluruq” ifadəsi İran rejiminin dağılmasına səbəb olacaq. Məsələ məhz bunun üzərində qurulub. Söhbət yalnız Əli Xameneinin qorunmasından və ya hansısa iş birliyindən getmir. İdeoloji dövlət prinsipini nəzərə alaraq, ABŞ hələlik bu addımı atmır. Xameneinin öldürülməsi islam dünyasını da ayağa qaldıra bilər. İrana heç bir simpatiyası olmayan müsəlman ölkələri də məsələyə biganə qalmayaraq sərt mövqe sərgiləyə bilərlər. Hələlik qətl baş verməyib, amma Pakistan və bəzi islam ölkələri İrana müəyyən mənada dəstək verir. Türkiyə də bu sıradadır. Bu, Xamenei ilə bağlı deyil, Türkiyənin siyasətindən irəli gəlir, islam ölkələrini müəyyən dərəcədə qorumaq istəyir.

Xameneinin öldürülməsi ABŞ və İsrailə böyük ziyan verəcək. Perspektivdə normal şərtlər qəbul olunarsa, münaqişə dayanacaq. Əks təqdirdə, gərginlik ən azı 5-10 gün davam edəcək”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 İyun 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri