Putin Müctəba Xameneini İranın Ali Rəhbəri seçilməsi münasibətilə təbrik edib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin Müctəba Xameneini İranın Ali Rəhbəri seçilməsi münasibətilə təbrik edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Putin Rusiyanın İran İslam Respublikasının etibarlı tərəfdaşı olduğunu və belə də qalacağını qeyd edib.
“İndi İran silahlı təcavüzlə üzləşdiyi bir vaxtda sizin bu yüksək vəzifədə çalışmağınız şübhəsiz ki, böyük cəsarət və fədakarlıq tələb edəcək.
Öz tərəfimdən Tehrana sarsılmaz dəstəyimizi və iranlı dostlarımızla həmrəyliyimizi bir daha təsdiqləmək istəyirəm. Rusiya İslam Respublikasının etibarlı tərəfdaşı olub və olacaq”, - məlumatda bildirilib.
Qeyd edək ki, Ayətullah Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei İranın yeni Ali Rəhbəri seçilib.
Xatırladaq ki, Seyid Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-ın aviazərbələri nəticəsində öldürülüb. O, 1989–2026-cı illər arasında İranın ikinci Ali Rəhbəri olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 09 Mart 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















