Icma.az
close
up
RU
ABŞ yə gedən ilk rus lider niyə qəzəblənmişdi? FOTO

ABŞ yə gedən ilk rus lider niyə qəzəblənmişdi? FOTO

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Bu gün Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında tarixi görüş keçiriləcək. İki düşmən cəbhə rəhbərliyinin görüşləri həmişə xüsusi maraqla yadda qalıb. 

Ölkə.Az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli qeyd edib. O, ilk dəfə ABŞ-yə səfər edən Rusiya lideri Nikita Xruşşovu xatırladıb:

 “1959-cu ilin payızında Nikita Xruşşov ABŞ-yə səfər edən ilk sovet hökumət başçısı oldu.
Xruşşov deyirdi ki, Amerikanı görməyə maraqlıdır və bir neçə ildir ki, Prezident Duayt Eyzenhauerdən dəvət almağa çalışırdı.
1959-cu ilin iyulunda Moskvada səfərdə olan amerikalı qubernatorlarla görüş zamanı Xruşşov Amerikanı görmək istədiyini bildirdi və çox keçmədən Ağ Evdən dəvət gəldi.
Sovet İttifaqının ABŞ-dəki səfiri Mixail Menşikov və ABŞ Dövlət katibinin müavini Robert Mörfi Xruşşovun səfər marşrutu üzərində bir neçə həftə mübahisə apardılar və nəhayət, sovet hökumət başçısının Vaşinqton, Nyu-York, Kaliforniya, Ayova, Pensilvaniya və Kamp Deyvidə (ABŞ prezidentlərinin rəsmi istirahət və iş iqamətgahı) səfərini əhatə edən cədvəl üzərində razılığa gəldilər.
Həm Eyzenhauer, həm də Xruşşov ümid edirdilər ki, bu səfər qarşılıqlı anlaşmanı gücləndirəcək və “Soyuq müharibə” gərginliyinin yumşalmasına kömək edə biləcək.

15 sentyabr 1959 – Sovet hökumət başçısı Nikita Xruşşov ailəsi ilə birlikdə, Vaşinqtonun kənarındakı Merilend ştatında yerləşən “Andrews” Hərbi Hava Bazasında yerə endi. Xruşşov ABŞ-yə sovetlərin yeni “Tupolev-114” təyyarəsi ilə uçmuşdu. Bu təyyarə Moskvadan Vaşinqtona dayanmadan uça bilirdi. Uçuşdan əvvəl sovet mühəndisləri təyyarənin gövdəsində çatlar tapmış və Xruşşova başqa təyyarə ilə getməyi məsləhət görmüşdülər, amma o, təsir bağışlamaqda israrlı idi və böyük təyyarə ilə uzun uçuşu problemsiz həyata keçirdilər.


Yüzlərlə insan və jurnalistin iştirak etdiyi qarşılamada Prezident Duayt Eyzenhauer xoş sözlər söylədi, Xruşşov isə qısa çıxış edərək Eyzenhauerə dəvət üçün təşəkkürünü bildirdi və bu səfərin iki xalq arasında daha yaxşı anlaşmaya kömək edəcəyinə ümid etdiyini dedi: “Biz sizə açıq qəlblə və xoş niyyətlə gəlmişik. Sovet xalqı Amerika xalqı ilə sülh və dostluq içində yaşamaq istəyir”.

3 gün sonra Xruşşov və BMT-dəki ABŞ səfiri Henri Kabot Lodjla birlikdə avtomobillə sabiq birinci ledi Eleonor Ruzveltin yaşadığı Hayd Parka çatdılar. Xruşşov əvvəlcə prezident Franklin Ruzveltin məzarına hörmətini bildirdi, sonra Eleonor onu Ruzvelt Memorial Kitabxanasında gəzintiyə çıxardı. Eleonor sonradan dedi: “Heç nəyi zövqlə qarşılamadı”.
Berlin böhranına dair həll yolları təklif edən Xruşşov nitqini ümumi silahsızlanma çağırışı ilə bitirdi: “Gəlin yarışaq, kim daha çox ev, məktəb, xəstəxana tikir; kim daha çox taxıl, süd, ət, paltar və digər istehlak malları istehsal edir; atom bombası və raketdə deyil. Buna bütün xalqlar sevinəcək".

Manhetteni gəzəndən sonra Xruşşov “Empire State Building” haqqında soyuq fikir bildirdi: “Bir göydələn gördünsə, hamısını görmüsən.”
Xruşşov Nyu-York xalqına göstərdikləri qonaqpərvərliyə görə təşəkkür etsə də, sadə insanlarla, işçilərlə təmas qura bilməməsindən təəssüfləndi.

Planlaşdırılan Disneyland səfəri ləğv olunması və parkda onun təhlükəsizliyinin təmin olunmayacağı barədə açıqlamalar Xruşşovun xoşuna gəlmi. O, Lodja nota göndərərək bu hadisədən çox narazı olduğunu yazır:

“Orada raket buraxılış meydançaları var? Nədir bu? Orada taun və ya xolera epidemiyası var? Yoxsa quldurlar əlinə keçirib məni məhv edə bilər? Mən çox istərdim, Disneylandi görüm. Belə bir vəziyyət mənim üçün ağlasığmazdır”.

Ayova ştatının Des-Moyn şəhərindəki ət emalı zavodunda ilk dəfə “hot-doq” yeyən Xruşşov dedi: “Aya sizdən əvvəl çatdıq, amma kolbasa düzəltməkdə siz bizdən irəlidəsiniz.”

Xruşşov Los-Anceles meri Norris Paulsonun verdiyi ziyafətə qatıldı. Paulson çıxışında dedi: “Cənab Sədr, biz sizin ‘Biz sizi dəfn edəcəyik’ sözünüzlə razı deyilik. Siz bizi dəfn etməyəcəksiniz”. Bu, kommunizmə yönəlik digər tənqidlər kimi Xruşşovu qəzəbləndirdi və o, səfərini yarımçıq kəsib Sovet İttifaqına qayıtmaqla hədələdi: “Mən Rusiya və ya Sovet İttifaqından ABŞ-a gələn ilk hökumət başçısıyam. Gedə bilərəm. Amma bilmirəm, növbəti dəfə sovet hökumət başçısı ölkənizə gələcəkmi?”.

Lodj vəziyyəti yumşaltmağa çalışdı. Xruşşov sonradan etiraf etdi ki, getmək niyyəti yox idi, sadəcə “anti-sovet birinə layiqli cavab vermək lazım idi”.

Billurə
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Avqust 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri