Icma.az
close
up
RU
Dünyanı təəccübləndirən zəng: Maduroya görə qəzəblənmişdi, lakin...

Dünyanı təəccübləndirən zəng: Maduroya görə qəzəblənmişdi, lakin...

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp və Kolumbiya Prezidenti Qustavo Petro arasında baş tutan telefon danışığı maraqla qarşılanıb.

Tramp Kolumbiya prezidentinin iki ölkə arasında fikir ayrılığına səbəb olan məsələlərə aydınlıq gətirmək üçün ona zəng etdiyini bildirib. Ağ Ev rəhbəri Petronun zəngini yüksək qiymətləndirib, həmçinin tezliklə onunla görüşmək istədiyini söyləyib.

Maraqlıdır ki, ABŞ-ın Venesuelada keçirdiyi əməliyyata, bu ölkənin prezidenti Nikolas Maduronun ələ keçirilməsinə ən sərt reaksiya verən ölkələrdən biri Kolumbiya idi. Hətta Prezident Petro birbaşa Trampı hədəfə alan sərt fikirlər səsləndirirdi.

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Kolumbiya prezidentinin Trampa zəng etməsi Maduro əməliyyatının Latın Amerikasında ilk nəticələrindən biri hesab oluna bilər:

“Çünki ABŞ-ın Venesuelaya müdaxiləsi və Maduronun ələ keçirilməsi təkcə bu ölkədə yox, bütövlükdə Amerika qitəsində nəzarəti bərpa etmək məqsədi daşıyırdı. Son iki onillikdə ABŞ-ın kontinental təsirləri zəifləyib, onun yerini Çinin tutduğu müşahidə olunur. Soyuq müharibə dövründə və sonrasında Latın Amerikası ölkələrində Rusiya faktoru güclü olsa da, artıq əsas rol oynayan ölkə Çindir. Pekin hərbi və iqtisadi əməkdaşlıqla qitədə böyük məsafə qət edib. ABŞ buna görə diqqətini kontinental müstəviyə yönəldir və Qərb yarımkürəsində mövqelərini gücləndirmək istəyir. Təbii ki, ABŞ-ın kontinental müstəvidəki gücü onun qlobal proseslərdəki roluna da təsir edən amildir.


Asif Nərimanlı

Fikrimcə, Venesuela əməliyyatı ilə ABŞ prosesə start verdi və növbədə Çinlə dərin əməkdaşlıqlar qurmuş Latın Amerikasının digər ölkələri olacaq. Ağ Ev Maduronun həbsi ilə bu ölkələrə belə demək mümkünsə, seçim verir, ya Vaşinqtonun təsirlərini qəbul edəcəklər, ya da analoji əməliyyatlarla – bu, hərbi olmasa da, iqtisadi, yaxud siyasi müdaxilələr də ola bilər – üzləşməli olacaqlar. Kolumbiyanın ABŞ-la təmasa keçməsi də Venesueladan sonra potensial hədəf olmasından qaynaqlanır. Çünki ABŞ Venesuela əməliyyatını narkoticarətlə legitimləşdirir, Kolumbiya da eyni kateqoriyaya aiddir. Hərçənd, əsas səbəb Kolumbiyanın və digər ölkələrin Çinlə əməkdaşlığıdır. Nəzərə almaq lazımdır ki, Kolumbiya Çinin “Bir kəmər, bir yol” layihəsinə qoşulub”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri