Icma.az
close
up
RU
ABŞ yenə hədələyir: Münasibətlərin nəticəsi ya İranda rejim dəyişikliyi olacaq, ya da...

ABŞ yenə hədələyir: Münasibətlərin nəticəsi ya İranda rejim dəyişikliyi olacaq, ya da...

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Tramp öz çıxışında "İndiki halda İrana demək istəyirəm ki, biz sizin ən böyük şəhərlərinizi və ölkənin özünü xarabalığa çevirəcəyik" sözlərini söyləyib.

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf isə cavab olaraq bildirib ki, ABŞ İrana hücum etməyə cəhd etsə, bu, barıt çəlləyinə atılan qığılcım kimi olacaq və bütün bölgəni yandıracaq.

Əgər İran razılığa gəlməsə, ABŞ ilə İran arasında müharibə baş verə bilərmi?

Mövzu ilə bağlı politoloq Taleh Əliyev öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

O, açıqlamasında bildirib ki, ABŞ-nin və yaxın mütəffiqi olan İsrailin İranla bağlı mövqeyi prinsipial xarakter daşıyır:

"ABŞ və İsrailin iki məqsədi var. Bunlardan biri İranda ən yumşaq formada rejim dəyişikliyi olmalı, indiki rejimin yerinə ABŞ-yə mütəffiq olan hakimiyyət formalaşmalıdır. Digər məqsəd isə İranın daxili iğtişaşlarla parçalanması və ərazisində bir neçə dövlətin yaranmasıdır. Bu, ABŞ-nin regional maraqlarına cavab verməklə yanaşı, İsrailin milli təhlükəsizliyini təhdid edən İran faktorunun aradan çıxmasına səbəb ola bilər".

T.Əliyevin fikrincə, İranın nüvə danışıqlarına qayıtmaqdan imtina etməsi mövcud rejimin davamlı hakimiyyətdə qalmasına təminat vermir.

Taleh Əliyev: İranın hansı həmlə siyasəti həyata keçirdiyini zamanla görə biləcəyik

Müsahibimiz bildirib ki, İran siyasi hakmiyyəti bunu çox yaxşı başa düşür. Ona görə də mümkün vasitələrdən istifadə edərək, ABŞ ilə birbaşa dialoqdan yayınmaqla ölkənin təhlükəsizliyinin sığortası kimi nüvə proqramını inkişaf etdirməyə çalışır. ABŞ və İsrail İranın bu məqsədini bilir və bu baxımdan İranın nüvə silahı əldə etməsinə mane olunması, müxtəlif ssenarilərlə İranın vurulması ilə bağlı planlar hər iki ölkənin hərbi və siyasi rəhbərliyinin masasının üstündədir. İranın hansı həmlə siyasəti həyata keçirdiyini zamanla görə biləcəyik.

Politoloq hesab edir ki, ümumilikdə birbaşa və ya vasitəçilər hesabına sülh danışıqlarının aparılmasının İranla ABŞ arasında münasibətlərin normallaşmasına səbəb olması gözlənilmir. ABŞ-İran münasibətlərinin son nəticəsi ya İranda rejim dəyişikliyi, ya da İranın parçalanması ilə başa çatacaq.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Aprel 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri