Icma.az
close
up
RU
İranda rejim dəyişikliyi Azərbaycanın xeyrinə olacaq

İranda rejim dəyişikliyi Azərbaycanın xeyrinə olacaq

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"ABŞ Prezidenti Donald Trampın “NBC News” televiziya kanalına müsahibəsində “əgər İran razılığa gəlməsə, bombardman olacaq və bu, onların indiyədək heç vaxt görmədikləri bombardman olacaq” sözləri beynəlxalq aləmdə geniş əks-səda doğurub. Tramp o prezidentlərdəndir ki, dediyini eləməyə çalışır. İrana qarşı həmlə müxtəlif variantlarda həyata keçirilə bilər. ABŞ Trampın söylədiyi kimi İranın hərbi mərkəzlərinə bir neçə zərbə endirəcək. İkinci variant odur ki, İsrail Vaşinqtonun qərarını gözləmədən hədəflənən hərbi mərkəzlərə zərbə endirəcək. Başqa bir variant isə ABŞ-İsrail cütlüyünün İrana qarşı birgə hərbi plan həyata keçirməsidir".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, İrandakı rejim bu variantların hər birinə hazırlaşmaq məcburiyyətindədir:

İrana qarşı hərbi variantlardan hər birinin ona qonşu olan Azərbaycana və Ermənistana da təsirləri olacaq. Ermənistan mümkün müharibənin nəticəsi olaraq İrandakı rejimin dəyişməsini istəmir. İrəvanda düşünürlər ki, İranda rejim dəyişikliyi Tehranın İrəvanla ittifaqına mənfi təsir edəcək və bu durum Azərbaycanın xeyrinə olacaq. Azərbaycan İrana qarşı mümkün hərbi əməliyyatdan qonşu ölkədəki mülki insanların zərər görməsini istəmir, çünki Qəzzadakı və ya Suriyadakı olayların İranda təkrarlanması ehtimalı bölgədə böyük təlatümlərə - humanitar böhrana səbəb olacaq. Əsas suallardan biri də budur: İrana qarşı hərbi əməliyyatlar bu ölkədə yaşayan müxtəlif millətlərin Tehrana qarşı üsyanına rəvac verəcək, yoxsa 1980-1988-ci illərdə İraqla müharibə dönəmində olduğu kimi İranda yaşayan xalqların ümumi düşmənə qarşı mobilizə olmasına rəvac verəcək? Bunu indidən söyləmək çətindir. ABŞ və İsrailin hava zərbələləri nəticəsində mülki insanlar arasında itkilər artarsa, Tehran və Qum hamını ümumi düşmənə qarşı mobilizə etməyə çalışacaq. Tərsi də mümkündür. Misal üçün Qəzzanın yaxın tarixində ilk dəfə şəhər sakinləri “Həmas” qruplaşmasına qarşı etirazlara başlayıblar. Çünki, Qəzza sakinlərinin bir qismi hesab edir ki, “Həmas” il yarım əvvəl İsrail ərazisinə hücum etməsəydi və sonradan tərksilaha razılaşsaydı, bugünkü faciələr yaşanmazdı. Eyni ilə İran ABŞ və İsrailin raket zərbələrinə tuş gələrsə, qonşu ölkədə yaşayan insanların bir qismi düşünəcək ki, Tehran nüvə çalışmalarından imtina etsəydi və ətraf ölkələrdəki silahlı qruplara maliyyə və silahlı dəstək verilməsəydi, gərgin vəziyyət yaranmazdı.

Vaşinqton İranda rejim dəyişikliyinə çalışır, böyük ehtimalla bu ölkənin parçalanmasında marağı yoxdur. İsrail isə əksinə hər ikisində maraqlı ola bilər. Vaşinqtonun istəyindən asılı olmayaraq raket zərbələri nəticəsində İranda 1979-cu ildə formalaşan rejim dəyişərsə, qonşu ölkənin bütövlüyünü qorumaq çətin olacaq".

Vasif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Mart 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri