Icma.az
close
up
RU
“İranda rejim dəyişikliyi mümkün görünmür” ABŞ kəşfiyyatı səbəbini AÇIQLADI

“İranda rejim dəyişikliyi mümkün görünmür” ABŞ kəşfiyyatı səbəbini AÇIQLADI

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Müxalifətinin mövcud rejimi devirmə ehtimalı olduqca aşağıdır”

ABŞ 28 fevralda başlayan və artıq Ali Rəhbər Əli Xameneinin ölümünə səbəb olan hərbi əməliyyat nəticəsində İranda rejim dəyişikliyinin mümkünlüyünə şübhə ilə yanaşır. ABŞ kəşfiyyat məlumatlarına görə, İran müxalifətinin mövcud rejimi devirmə ehtimalı olduqca aşağı qiymətləndirilir. 

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters”-ə Vaşinqtondakı rəsmilər tərəfindən məlumat ötürülüb.

Agentliyin mənbələrindən biri vurğulayıb ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın siyasi və hərbi sisteminin onurğa sütunu olaraq qalır və üzvlərinin hərbi zərbələrin təzyiqi altında belə "könüllü olaraq təslim olma ehtimalı azdır", çünki onlar mövcud rejimdən çoxsaylı imtiyazlar alırlar.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatına görə, yanvar ayında keçirilən genişmiqyaslı etirazlar zamanı SEPAH zabitləri arasında bir dənə də olsun fərarilik hadisəsi qeydə alınmayıb. Bundan əlavə, Tehrana qarşı hərbi əməliyyat başlamazdan bir neçə gün əvvəl MKİ Ağ Evə xəbərdarlıq edib ki, əgər Xamenei aradan götürülərsə, onun yerinə SEPAH-dan radikal şəxslər və ya eyni dərəcədə radikal mənəvi liderlər gələ bilər.

“Reuters”-in qənaətinə görə, son həftələrdə ABŞ-nin yüksək vəzifəli rəsmiləri ABŞ tərəfindən dəstəklənən hər hansı bir müxalifət fiqurunun İranı idarə edə biləcəyinə getdikcə daha az inanır.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran Vaşinqtonla əməkdaşlıq edərsə, İran hökumətinin əksər üzvləri Xameneinin ölümündən sonra vəzifələrini qoruyub saxlaya və hakimiyyətdə qala bilərlər. O, bunu ABŞ ordusunun Prezident Nikolas Maduronu qaçırmasından sonra Venesuelada baş verən ssenari ilə eyni ssenari kimi təsvir edib. 

Tramp həmçinin qeyd edib ki, İran rəhbərliyi üçün "üç çox yaxşı namizədi" var, lakin onların adlarını çəkməkdən imtina edib. Ancaq İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölkəyə vurulan zərbələrdən sonra Tehranın ABŞ ilə danışıqlar aparmayacağını bildirib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Mart 2026 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri