ABŞdən Ukraynaya 20 milyard dollarlıq yeni dəstək
Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada ABŞ-nin Ukraynaya 20 milyard dollarlıq kredit vermək öhdəliyini yerinə yetirdiyi bildirilib.
Qeyd olunub ki, sözügedən kredit G7 ölkələrinin Ukraynaya verməyi planlaşdırdığı 50 milyard dollarlıq kreditin bir hissəsidir.
Bildirilib ki, kredit Dünya Bankının fonduna köçürülüb və bu fond vasitəsilə Ukraynanın istifadəsinə veriləcək.
G7 ölkələrinin liderləri iyun ayında Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən girov kimi istifadə edərək, Ukraynaya 50 milyard dollar kredit ayırmaq barədə razılığa gəliblər.
Oktyabr ayında ABŞ bu təşəbbüs çərçivəsində Ukraynaya 20 milyard dollar ayırmağı öhdəsinə götürmüşdü.
Bu yaxınlarda Avropa Birliyi (AB) ölkələri də 50 milyard dollarlıq başqa bir AB krediti çərçivəsində Ukraynaya təxminən 4,1 milyard avro göndərilməsini təsdiqləyib.
Mövsüm
Aznews.az
Baxış sayı:63
Bu xəbər 11 Dekabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















