Icma.az
close
up
RU
“Bir çox universitetin verdiyi təhsil əmək bazarının real tələblərindən geri qalır” KAMRAN ƏSƏDOV

“Bir çox universitetin verdiyi təhsil əmək bazarının real tələblərindən geri qalır” KAMRAN ƏSƏDOV

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Son yarım əsrin təhsil göstəricilərinə baxanda çox aydın bir tendensiya görünür: ali təhsil artıq “elit seçim” deyil, kütləvi mərhələyə keçib. Əgər 50 il əvvəl məktəb məzunlarının cəmi 15–20 faizi universitetlərə üz tuturdusa, 1980-ci illərin sonunda bu göstərici 25–30 faizə qalxmışdı. Bu gün isə bəzi ölkələrdə ali təhsilə yönələnlərin payı 50–70 faiz, hətta daha yüksəkdir. Finlandiyada bu göstərici 94 faiz, Cənubi Koreyada 96 faiz, ABŞ-da 82 faiz, Böyük Britaniyada isə təxminən 60 faizdir. Bu rəqəmlər ali təhsilin genişlənməsini göstərir, amma keyfiyyət və real fayda məsələsini avtomatik həll etmir”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov qeyd edib:

“Pandemiyadan sonra isə daha dərin bir dönüş baş verdi. Ənənəvi universitet modeli artıq yeganə və ya əsas bilik mənbəyi olmaqdan uzaqlaşdı. İnsanlar gördülər ki, real iş bacarıqları, çevik kompetensiyalar və tez uyğunlaşma qabiliyyəti klassik auditoriya mühitindən daha sürətli və effektiv formada qeyri-formal təhsil vasitəsilə əldə oluna bilir. Qısa müddətli kurslar, ixtisasartırma proqramları, onlayn təlimlər və sertifikatlar bir çox hallarda universitet diplomundan daha funksional nəticə verir.

Bu, universitetlərin tamamilə lazımsız olması anlamına gəlmir. Problem ondadır ki, bir çox universitetin verdiyi təhsil əmək bazarının real tələblərindən geri qalır. İşəgötürənlər artıq “haranı bitirmisən?” sualından çox, “nə bacarırsan?” sualını verir. Və bu bacarıqların böyük hissəsi 4–5 il davam edən klassik təhsil yox, məqsədli, qısa və praktiki proqramlarla formalaşır.

Yaxın 5 ildə auditoriyalarda ənənəvi dərslərin əsasən zəif təhsil sistemi olan ölkələrdə qalacağı ehtimalı getdikcə güclənir. Güclü təhsil sistemləri isə daha çevik, hibrid, praktik və fərdiləşdirilmiş modellərə keçir. Artıq yeni təhsilalma və təhsilvermə modeli sınaqdan çıxıb və uğurlu nəticə göstərib.

Az xərcli, mobil, çevik və ehtiyaca əsaslanan təhsil dövrü başlayıb. Bu prosesin qarşısını almaq mümkün deyil. Məsələ bu dəyişikliklərə dirənmək yox, onları düzgün oxumaq, milli təhsil siyasətini və universitet modelini bu reallıqlara uyğunlaşdırmaqdır. Təhsil diplom üçün deyil, real həyat üçün olmalıdır”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Dekabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri