Icma.az
close
up
RU
Abşeron Ağsaqqallar Şurasına sədr seçildi FOTO

Abşeron Ağsaqqallar Şurasına sədr seçildi FOTO

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aprel ayının 10-da Abşeron Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Modern.az xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Nizami Zalov,  Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, eləcə də rayon ağsaqqalları, ziyalıları, şəhid ailələrinin üzvləri, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Konfransda Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev giriş nitqi ilə Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və tədbir iştirakçılarını salamlayaraq, respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik ənənələrinin milli-mənəvi dəyərlərimizə söykənərək keçdiyi tərəqqi yolundan və bu prosesdə ağsaqqalların mühüm rolundan hərtərəfli bəhs edib. Abşeronda həyata keçirilən işlər barədə, eləcə də sakinlərin rifah halı, şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıdan ətraflı söz açıb. Abdin Fərzəliyev, həmçinin,  ağsaqqalların daim rayonun ictimai-mədəni həyatında yaxından iştirak etdiklərini bildirərək gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayıb.  Öz nitqində   müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin dirçəlişində,  ictimai-siyasi və sosial-iqtisadi inkişafında əvəzsiz rolundan geniş söz açıb. Vurğulayıb ki, bugünkü qüdrətli və qalib Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. “Hazırda Ulu Öndərin uğurlu siyasi kursunu qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz möhtəşəm Zəfər qazanaraq öz suverenliyini və ərazi bütövlüyünü tam barpa edib, eləcə də ötən dövr ərzində dövlətimiz dünyada ən nüfuzlu və güclü ölkələr sırasına yüksəlib. Bu gün xalqımızın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə olan etimadı və sevgisi hədsiz-hüdudsuzdur,” – deyə Eldar İbrahimov vurğulayıb. Natiq, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə təşkilatda həyata keçirilən əhəmiyyətli işlərdən də ətraflı bəhs edib.

Eldar İbrahimov rayonda görülən işləri, xüsusilə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını yüksək dəyərləndirərək bildirib ki, hər bir bölgəmizdə, eləcə də Abşeronda ağsaqqallar  hər zaman dövlət başçımızın uğurlu daxili və xarici siyasət kursunu vətəndaşlarımız arasında geniş təbliğ etməli, cəmiyyətimizə, xüsusilə gənc nəslə alkoqolizm, narkomaniya və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzini aşılamalıdırlar. Ailə dəyərlərinin təbliğ edilməsi, boşanmaların sayının minimuma endirilməsi və erkən nikahların qarşısının alınması üçün də bir çox işlər və maarifləndirici söhbətlər, tədbirlər həyata keçirilməlidir. Sonda natiq Abşeron Rayon Ağsaqqallar Şurasının bundan sonra da aktiv fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirərək ağsaqqallara möhkəm cansağlığı, uğurlar arzulayıb.

Daha sonra çıxış edən Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Nizami Zalov və digər natiqlər Ümummilli Liderimiz Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqalların respublikanın, o cümlədən rayonun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışaraq, bu gün ölkəmizdə ağsaqqallara göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Konfransda, həmçinin,  təşkilati məsələlər də müzakirə olunub. Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nizami Zalov əhalinin yüksək etimadı ilə Saray qəsəbəsində bələdiyyə sədri seçildiyi üçün Abşeron Rayon Ağsaqqallar Şurasının sədri kimi fəaliyyətinə xitam verməsi səbəbindən həmin vəzifəyə yeni namizəd irəli sürülüb. Açıq səsvermə yolu ilə Şuranın İdarə Heyətinin üzvü, şəhid atası İbadov Məhərrəm Qulu oğlu Abşeron Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə seçilib. Tədbirdə Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti və Təftiş Komissiyası da yenidən formalaşdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Aprel 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri