Icma.az
close
up
RU
Eldar Quliyev yenidən Azərbaycan Ağsaqqallar Şurasına sədr seçildi

Eldar Quliyev yenidən Azərbaycan Ağsaqqallar Şurasına sədr seçildi

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdən öncə Qurultay iştirakçıları Fəxri Xiyabana gələrək müasir, müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvlərinin, görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, respublikamızın tanınmış ziyalılarının, ağsaqqalların, şəhid ailələrinin üzvlərinin, gənclərin, eləcə də Şuranın 81 şəhər və rayon təşkilatının nümayəndlərinin iştirakı ilə keçirilən Qurultayda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra tədbir öz işinə başlayıb.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayına ünvanladığı təbrik məktubu oxunub.

Qurultayın gündəliyi səsə qoyularaq təsdiq edildikdən sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev giriş nitqi ilə çıxış edərək qonaqları salamlayıb və Şuranın 5 illik fəaliyyətinə dair hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qurultayda, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, akademik Ziyad Səmədzadə, professor Aqiyə Naxçıvanlı, professor Vaqif Şadlinski, eləcə də Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, professor Fuad Məmmədov, gənc fəal, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Nəzrin Abdullayeva, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Arif Hümbətov, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və başqaları çıxış ediblər. Natiqlər çıxışlarında Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursundan, davamlı inkişaf prosesindən, əldə olunan uğurlardan, eləcə də möhtəşəm Zəfərdən, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərindən, soydaşlarımızın doğma torpaqlarına qayıdışından bəhs ediblər. Bu davamlı inkişaf fonunda ölkəmizdəki ictimai-siyasi və sosial-mədəni proseslərdə yaxından iştirak edərək, dövlətimizin və xalqımızın milli mənafeyinə xidmət göstərən Azərbaycan Ağsaqqallar Şurasının aktiv fəaliyyətindən söz açıblar. Şuranın 81 şəhər və rayon təşkilatının 35 mindən çox üzvünün xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, cəmiyyətimizdə sağlam ictimai münasibətlərin formalaşdırılması istiqamətində bilik və təcrübələrini əsirgəmədiklərini vurğulayıblar. Ağsaqqalların və ziyalıların daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduqlarını qeyd ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayında daha sonra təşkilati məsələlərə baxılıb. Səvermə yolu ilə professor Eldar Quliyev yenidən Azərbaycan Ağsaqqallar Şurasına sədr seçilib, yeni üzvlər qəbul olunmaqla İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının tərkibi formalaşdırılıb. Şuranın Nizamnaməsi əlavə və dəyişikliklər edilməklə yeni redaksiyada qəbul olunub. Həmçinin Qurultayın nümayəndələri adından Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri cənab Binəli Yıldırıma Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının keçirilməsi ilə bağlı məlumat məktubunun göndərilməsi qərara alınıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib. Bununla da Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı öz işini yekunlaşdırıb./Teleqraf 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Aprel 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri