Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Samux Rayon Ağsaqqallar Şurasına yeni sədr seçildi

Samux Rayon Ağsaqqallar Şurasına yeni sədr seçildi

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Samux Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Modern.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər kompleksini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin,  Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman şəhidlərimzin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra giriş nitqi ilə çıxış edən Samux Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov rayon ağsaqqallarının  fəaliyyətindən söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Sonra natiq son zamanlar səhhətində yaranan problemlərlə bağlı fəaliyyətini davam etdirə bilmədiyi üçün tutduğu vəzifədən azad olunması ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə müraciət etdiyini vurğulayıb və onun müraciəti nəzərə alınaraq hazırda təşkilata yeni sədrin seçilməsi üçün konfransın keçirildiyini bildirib.

Daha sonra təşkilata yeni sədrin seçilməsi ilə bağlı müzakirələr aparılıb, “Tərəqqi” medallı “Əməkdar müəllim”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl Əli oğlunun namizədliyi  irəli sürülüb. Müzakirələrdən sonra açıq səsvermə yolu ilə Fidayıl Əliyev yekdilliklə Samux  Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə seçilib.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev konfransda çıxış edərək rayonda həyata keçirilən işlər barədə, eləcə də sakinlərin rifah halı, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan ətraflı söz açıb. Natiq, həmçinin, ağsaqqalların daim rayonun ictimai-mədəni həyatında yaxından iştirak etdiklərini bildirərək Şuraya yeni sədrin seçilməsini müsbət dəyərləndirib və ona gələcək işlərində nailiyyətlər arzulayıb.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov da Samux Rayon Ağsaqqallar Şurasının yeni seçilən sədrini təbrik edərək ona gələcək fəaliyyətində uğurlar diləyib. Ağsaqqal sözünün əhəmiyyətindən bəhs edən natiq Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın müdrik və unudulmaz ağsaqqalı olaraq ölkəmiz üçün gördüyü misilsiz işlərdən bəhs edib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ulu Öndərin yolunu hər bir sahədə böyük nailiyyətlərlə davam etdirdiyini vurğulayıb. Sonra Bayram Yusifov Azərbaycan Ağsaqqallar Şurasının hazırkı fəaliyyətindən və gələcəkdə həyata keçiriləcək işlərdən söz açaraq bildirib ki,  sıralarında 35 mindən çox vətəndaşımızı birləşdirən Şuranın hər bir üzvü, biz ağsaqqallar bundan sonra da dövlət başçımızın uğurlu daxili və xarici siyasət kursunu vətəndaşlarımız arasında geniş təbliğ etməli, süni intellektin sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin hökm sürdüyü cəmiyyətimizi, xüsusilə gənc nəsli yad təsirlərdən, zərərli vərdişlərdən qorumalı, onları davamlı maarifləndirməli və sağlam həyat tərzini aşılamalıyıq. Sonda natiq yeni sədrin rəhbərliyi ilə Samux Rayon Ağsaqqallar Şurasının daha aktiv fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirib və bütün ağsaqqallara möhkəm cansağlığı, iş avandlığı arzulayıb.

Samux Rayon Ağsaqqallar Şurasının üzvləri – şəhid atası İlham Məmmədov, Nizami Məmmədov, eləcə də YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və digər natiqlər konfransda çıxış edərək Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini təbrik ediblər, ona gələcək fəaliyyətində uğurlar diləyiblər.

Samux Rayon Ağsaqqallar Şurasının yeni sədri Fidayıl Əliyev  ona göstərilən etimada görə hərə kəsə öz minnətdarlığını ifadə edib. Təşkilatın fəaliyyətini bundan sonra da uğurla davam etdirməsi üçün bilik və təcrübəsini əsirgəməyəcəyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Dekabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri