Icma.az
close
up
RU
Abşeron rayonunda 15 sentyabr Bilik Günü qeyd edilib

Abşeron rayonunda 15 sentyabr Bilik Günü qeyd edilib

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonunda 15 sentyabr - Bilik Günü qeyd edilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Nigar Məmmədova və Rizvan Nəbiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, birinci sinifə qədəm qoyan və ali məktəblərə daxil olan şəhid övladları, ali məktəblər üçün keçirilən imtahanlarda yüksək nəticə göstərən abşeronlu abituriyentlər, şəhid ailələri, təhsil ocaqlarının direktorları və valideynlər iştirak edib.

İştirakçılar əvvəlcə müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

15 Sentyabr - Bilik Gününə həsr olunmuş tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev bu il birinci sinifə qədəm qoyan və ali məktəbə daxil olan şəhid övladlarını, o cümlədən yüksək bal toplayaraq ali təhsil ocaqlarına qəbul olunmuş gəncləri təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Ölkəmizdə təhsilin inkişafı daima dövlətin prioritet sahələrindən olduğunu vurğulayan RİH başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman təhsil sahəsinə böyük diqqət və qayğı göstərmişdir. Əsası Ulu Öndər tərəfindən qoyulan təhsil siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan A.Fərzəliyev əlavə edib ki, ölkəmizdə Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsilin inkişafı istiqamətində çoxsaylı layihələr icra olunmaqdadır. Qeyd edilib ki, Heydər Əliyev Fondu ölkəmizdə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb”, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi dövlət maraqları baxımından xüsusi əhəmiyyət daşıyan bir sıra iri layihələri uğurla gerçəkləşdirir.

Milli Məclisin deputatı Nigar Məmmədova təhsildə uğurlar qazanan abituriyentləri təbrik edərək bildirib ki, Azərbaycan dövləti gənclər üçün, digər sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük imkanlar və fürsətlər yaradıb. Hər bir gəncin bu imkanlardan maksimum yararlanmalı olduğunu vurğulayan deputat qeyd edib ki, öyrəncilər hərtərəfli biliyə malik kadrlar kimi hazırlanmağa diqqət yetirməlidirlər, çünki müasir dövr hazırda bunu tələb edir.

Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxış edərək bildirib ki, ölkəmizdə təhsilin inkişaf etdirilməsi istiqamətində olduqca mühüm addımlar atılır və gənclərimizin yüksək təhsil almaları, elmə yiyələnmələri üçün bütün lazimi şərait formalaşdırılıb. Yaradılan şərait imkan verir ki, gənclərimiz müasir dövrün tələblərinə uyğun formada inkişaf etsinlər.

Sonra çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva Abşeron rayonunda təhsil üzrə nəticələrin ildən-ilə yaxşılaşdığını, rayon üzrə yeni məktəblərin tikildiyini, orta ümumtəhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirildiyini, bu il də yeni inşa olunan məktəblərin açılışının ediləcəyini qeyd edib.

Sonra Xırdalan şəhər 3 saylı tam orta məktəbin müəllimi, Vətən Müharibəsi şəhidi Vüqar Heydərovun həyat yoldaşı Ülkər Heydərova çıxış edərək, gəncləri vətənpərvərlik ruhunda yetışmələrinin vacibliyini qeyd edib, hər zaman vətənimizi ən yüksək səviyyətə təmsil etməyə, onu qorumağa və inkişafı üçün əlindən gələn hər şeyi etməyə çağırıb.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandığımız 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın yeni tədris ilində 1-ci sinifə gedəcək və universitetə qəbul olan əmanət övladları, həmçinin Abşeron rayonu üzrə yüksək bal toplaya abituriyentlər təbrik edilərək gələcək həyatlarında uğurlar arzulanıb, xatirə şəkilləri çəkilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Sentyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri