Icma.az
close
up
RU
15 sentyabr Bilik Günü məktəb həyatına çağırış

15 sentyabr Bilik Günü məktəb həyatına çağırış

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

2025-2026-cı tədris ilində 130 mindən çox şagird birinci sinifdə təhsil alacaq

Sentyabrın 15-də respublikada "Bilik Günü" qeyd olunur. Bu bütün ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanğıcıdır. Təbii ki, bu günü daha çox səbirsizliklə gözləyənlər bu il birinci sinfə gedəcək şagirdlər və I kursa qəbul olan tələbələrdir. Hər il ölkəmizdə "Bilik Günü" böyük təntənə ilə qeyd olunur. Ümumi təhsil müəssisələrində ilk dərs isə "Konstitusiya və suverenlik ili"nə həsr olunacaq.

2025-2026-cı tədris ilində ümumilikdə 2.2 mln təhsilalanın təhsil alacağı proqnozlaşdırılır. 2025-2026-cı tədris ilində 130 mindən çox şagird birinci sinifdə təhsil alacaq. Məktəbəqədər təhsildə əhatəlilik ölkə təhsilinin uzunmüddətli dövrdə daha yaxşı olmasına təsir edən ən vacib məsələdir.

Hər bir insanın həyatında bu günün özəl yeri var. Məktəb həyatına ilk çağırış, ilk zəng. Ömrün ən unudulmaz bir zamanına çevrilən bu zəngin sədası illər, qərinələr ötsə də, unudulmur. Bu gün ölkəmizdə məktəbə qədəm qoyan hər bir məktəblinin keyfiyyətli və fasiləsiz təhsil alması üçün bütün imkanlar təmin edilib. Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən yüksək şərait yaradılıb. Azərbaycanın dünyaya inteqrasiya olunduğu zamanda təhsilimizə yönəlmiş diqqət, məhz bu sahədə zamanın tələblərini ödəyə biləcək ziyalıların yetişməsinə doğru uğurlu bir addımdır. İnsanların həvəslə gözlədiyi və böyük məhəbbətlə qeyd etdiyi bu günün kəsb etdiyi mənanın arxasında böyük dəyərlər dayanır. Bu dəyərlərin ən başlıcası isə müasir dövrümüzdə Azərbaycanın gələcək inkişafını təmin edə biləcək, eyni zamanda, vətənpərvərlik ruhunda milli-mənəvi dəyərlərə söykənən mütəxəssislərin təhsilə mükəmməl olaraq yiyələnməsidir. Azərbaycan Prezidenti İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması, bu sahədə köklü islahatların aparılması təhsilin məzmun və keyfiyyətinə təsirini göstərir. Orta ixtisas məktəblərində təhsilin idarə edilməsi, eləcə də, onun keyfiyyətinin yaxşılaşdırılması sahəsində kifayət qədər irəliləyişlərin əldə olunması təhsilli, bilikli, savadlı mütəxəssislərin yetişməsinə səbəb olub. Şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.

BİR MİLYONDAN ÇOX ŞAGİRDİN TƏLİM ŞƏRAİTİNƏ TÖHFƏ

Dövlətimizin başçısının təhsilə qayğısı nəticəsində keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilər yüksəlib. Şəhər və kəndlər üzrə məktəbəqədər təhsilin əhatəlilik göstəriciləri əhəmiyyətli dərəcədə artıb, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumi təhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş 1-5 yaşlı uşaqların ümumi sayı artıb. Azərbaycan təhsilinə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunələrindən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Ölkəmizdə yeni məktəb binaları, əlavə korpuslar tikilib və əsaslı təmir olunub. Son illərdə 600-ə yaxın yeni məktəb tikilmiş və ya əsaslı təmir olunmuş, qəzalı məktəblərin sayı 2 dəfədən çox azalaraq 400-ə enib. Tam orta təhsil səviyyəsi üzrə 14 məktəbdə yeni təmayül tədris modeli pilot tətbiq olunacaq. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə, ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Bütün bu işlər, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Eyni zamanda, müəllim kollektivinin yüksək səviyyədə çalışması üçün geniş imkanlar yaradır.

7 MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏSİNƏ 243 UŞAQ CƏLB EDİLİB

Əlamətdar haldır ki, yeni tədris ilində işğaldan azad olunan ərazilərimizdə məktəbin ilk zənginin səsi eşidilir. Onlar bu torpaqda - əzəli torpaqlarımızda elmin sirlərinə bələd olub, Vətən torpağının müqəddəsliyini bir daha təhsilverənlərdən əxz edirlər. Əlifbamızın ilk hərfi olan Ana, Azərbaycan sözlərinin dərin mənasını dərk edirlər. Qeyd edək ki, Qarabağ torpaqlarının işğalı nəticəsində təkcə Füzuli rayonunda 100-ə qədər orta təhsil və texniki peşə məktəbi ermənilər tərəfindən məhv edilib. Digər qədim yaşayış məskənlərimizdən biri olan Qubadlıda yaşı 100 ildən çox olan ilk dünyəvi məktəb də ermənilər tərəfindən dağıdılıb. Azərbaycanın mədəniyyət beşiyi hesab edilən Şuşa şəhərinin işğalı nəticəsində isə 23 ümumtəhsil məktəbi, 6 məktəbəqədər uşaq müəssisəsi, 7 məktəbəqədər uşaq tərbiyə müəssisəsi, peşə-ixtisas məktəbi, Mədəni-maarif, Kənd təsərrüfatı, M.M.Nəvvab adına Musiqi texnikumları, 2 saylı Bakı Baza Tibb Texnikumunun filialı, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Ədəbiyyat İnstitutunun filialları dağıdılıb. Şuşa Realnı Məktəbi də ermənilər tərəfindən dağıdılaraq xarabalığa çevrilib. Ağdam şəhərində musiqi, kənd təsərrüfatı, kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirməsi texnikumları, 9 ümumtəhsil və internat məktəbi, iki peşə məktəbi, həmçinin Uşaq Şahmat məktəbi uşaq-gənclər idman məktəbi, ekoloji tərbiyə və təcrübəçilik məktəbi, tibb məktəbləri, texniki yaradıcılıq mərkəzi və gənclər yaradıcılıq mərkəzi fəaliyyət göstərirdi. Dövlətimizin Qarabağda apardığı irimiqyaslı tikinti-quruculuq işləri çərçivəsində məktəblərin də tikilib yenidən istifadəyə verilməsinə start verilib. Bu sahədə ilk müjdə Zəngilanın Ağalı kəndindən oldu. Sonra bu məktəblərin sayı artdı. Şuşanın yeni və müasir infrastruktura malik 1 nömrəli tam orta məktəbi 960 şagird yerlik, üç mərtəbə, beş blokdan ibarətdir. Məktəbin binasında hər biri 24 nəfərlik olan sinif otaqları yerləşir. Burada iki informatika kabineti, akt zalı, həyətdə isə idman meydançası var.

İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbəqədər təhsil müəssisəsində 243 uşaq cəlb edilib. Bu müəssisələrdə təlim-tədris prosesində 82 nəfərlik heyəti var.

CƏNUBİ QAFQAZ REGİONU ÜZRƏ LİDER

"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"ndan irəli gələn "keyfiyyətli insan kapitalının hazırlanması", "təhsilin keyfiyyətinin yaxşılaşdırlması məqsədilə müəllim-pedaqoji heyətin inkişafı və motivasiyası" kimi prioritet-strateji istiqamətlər təhsilin inkişafına olan xüsusi diqqətinin göstəricisidir.

Bu ildən Bakı məktəblərində jurnallar ləğv olunur və “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayır. 2025–2026-cı tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub. Son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40%-dən çox artıb. Dövlət sifarişli əsaslarla qəbul olan tələbələrin sayı 2 dəfədən çox artıb. Yeni tədris ilindən ilk dəfə olaraq tələbələr SABAH qruplarına 1-ci kursdan qəbul ola biləcəklər. 2025-2026-cı tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin 75%-i dövlət sifarişi əsasında təhsil alacaq. Ölkəmiz “QS 2026” qlobal reytinqində Cənubi Qafqaz regionu üzrə liderdir.

Təhsilin Azərbaycan məktəblilərinə verdiyi imkanlardan kifayət qədər bəhrələnən yeniyetmələr istər Azərbaycanın daxilində, istərsə də, ondan kənarda öz təhsillərini davam etdirmək iqtidarındadırlar. Bu da müstəqil Azərbaycan dövlətinin gənclərə verdiyi ən böyük töhfələrdən biridir. Son illərdə məktəblilərin dərsliklərlə pulsuz təmin edilməsini və s. mühüm halların baş verməsi, məhz görülən işlərin məntiqi nəticəsi kimi qiymətləndirilir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili-idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərindəndir. Əlbəttə ki, Zəfər qazanmış Azərbaycan xalqının övladlarının qarşısında geniş imkanlar açılmaqla yanaşı, üzərilərinə də böyük məsuliyyət düşür. Onlar Vətənin gələcək qoruyucularıdır. 44 günlük Vətən müharibəsində məktəb partası arxasında yetişən vətənpərvər gənclər öz iradə və vətən sevgilərini nümayiş etdirdilər. Onların belə vətənpərvər ruhda böyümələri üçün dövlətimiz tərəfindən ayrılan diqqət və qayğının nətcəsidir ki, düşməni əzəli torpağımızdan mərdliklə qovaraq, onlara dərs verdilər.

Beləliklə, sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Yeni dərs ilində bütün təhsil işçilərini, tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə, həm də uğurların başlanğıcı deməkdir. Yeni dərs iliniz uğurlu olsun!

Zümrüd BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see277

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see275

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see242

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see242

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see231

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see218

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see216

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see215

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see209

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see204

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see200

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see189

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see186

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see185

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see185

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see184

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see182

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see182

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see171

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri