Icma.az
close
up
RU
Abşeronda 15 sentyabr Bilik Günü qeyd edilib FOTOLAR

Abşeronda 15 sentyabr Bilik Günü qeyd edilib FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Abşeron rayonunda 15 sentyabr - Bilik Günü qeyd edilib.

"Unikal" xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Nigar Məmmədova və Rizvan Nəbiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, birinci sinifə qədəm qoyan və ali məktəblərə daxil olan şəhid övladları, ali məktəblər üçün keçirilən imtahanlarda yüksək nəticə göstərən abşeronlu abituriyentlər, şəhid ailələri, təhsil ocaqlarının direktorları və valideynlər iştirak edib. 

İştirakçılar əvvəlcə müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

15 Sentyabr - Bilik Gününə həsr olunmuş tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev bu il birinci sinifə qədəm qoyan və ali məktəbə daxil olan şəhid övladlarını, o cümlədən yüksək bal toplayaraq ali təhsil ocaqlarına qəbul olunmuş gəncləri təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Ölkəmizdə təhsilin inkişafı daima dövlətin prioritet sahələrindən olduğunu vurğulayan RİH başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman təhsil sahəsinə böyük diqqət və qayğı göstərmişdir. Əsası Ulu Öndər tərəfindən qoyulan təhsil siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan A.Fərzəliyev əlavə edib ki, ölkəmizdə Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsilin inkişafı istiqamətində çoxsaylı layihələr icra olunmaqdadır. Qeyd edilib ki, Heydər Əliyev Fondu ölkəmizdə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb”, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi dövlət maraqları baxımından xüsusi əhəmiyyət daşıyan bir sıra iri layihələri uğurla gerçəkləşdirir. 

Milli Məclisin deputatı Nigar Məmmədova təhsildə uğurlar qazanan abituriyentləri təbrik edərək bildirib ki, Azərbaycan dövləti gənclər üçün, digər sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük imkanlar və fürsətlər yaradıb. Hər bir gəncin bu imkanlardan maksimum yararlanmalı olduğunu vurğulayan deputat qeyd edib ki, öyrəncilər hərtərəfli biliyə malik kadrlar kimi hazırlanmağa diqqət yetirməlidirlər, çünki müasir dövr hazırda bunu tələb edir. 

Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxış edərək bildirib ki, ölkəmizdə təhsilin inkişaf etdirilməsi istiqamətində olduqca mühüm addımlar atılır və gənclərimizin yüksək təhsil almaları, elmə yiyələnmələri üçün bütün lazimi şərait formalaşdırılıb. Yaradılan şərait imkan verir ki, gənclərimiz müasir dövrün tələblərinə uyğun formada inkişaf etsinlər. 

Sonra çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva Abşeron rayonunda təhsil üzrə nəticələrin ildən-ilə yaxşılaşdığını, rayon üzrə yeni məktəblərin tikildiyini, orta ümumtəhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirildiyini, bu il də yeni inşa olunan məktəblərin açılışının ediləcəyini qeyd edib. 

Sonra Xırdalan şəhər 3 saylı tam orta məktəbin müəllimi, Vətən Müharibəsi şəhidi Vüqar Heydərovun həyat yoldaşı Ülkər Heydərova çıxış edərək, gəncləri vətənpərvərlik ruhunda yetışmələrinin vacibliyini qeyd edib, hər zaman vətənimizi ən yüksək səviyyətə təmsil etməyə, onu qorumağa və inkişafı üçün əlindən gələn hər şeyi etməyə çağırıb. 

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandığımız 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın yeni tədris ilində 1-ci sinifə gedəcək və universitetə qəbul olan əmanət övladları, həmçinin Abşeron rayonu üzrə yüksək bal toplaya abituriyentlər təbrik edilərək gələcək həyatlarında uğurlar arzulanıb, xatirə şəkilləri çəkilib. 
 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Sentyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri